Sabah Bətəlqeyzə ulduzu tutulacaq
Dekabrın 12-də gecə səmasının ən parlaq obyektlərindən biri olan Bətəlqeyzə ulduzunda tutulma hadisəsi baş verəcək. Belə ki, 1891-ci ildə kəşf olunmuş Leona (A891 TA) asteroidi sabah Bətəlqeyzənin qarşısından keçəcək.
Sonxeber.az xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumatda deyilib. Bildirilib ki, 12 saniyə ərzində asteroid ulduzu tamamilə örtəcək və asteroidin ölçüləri hesablama ilə üst-üstə düşərsə, halqalı tutulma baş verəcək ki, bu da ulduzun atmosferini müşahidə etmək imkanı yaradacaq. Tutulma hadisəsi astronomlar üçün nəhəng ulduzun səthinin xəritəsini yaratmaq üçün dəyərli bir fürsətdir. Bu təbiət fenomeni alimlərə ulduzun parlaqlığının dəyişməsinin mexanizmi haqqında informasiya əldə etməyə imkan verəcək.
Bakı vaxtı ilə saat 05:17-də baş verəcək tutulmanı anı üçün ulduz üfüqdən 28o yüksəkdə qərb istiqamətində olacaq. Bu hadisəni Asiya və Avropanın müəyyən hissəsi, Florida və Meksikadan izləmək olacaq. Ulduz tutulmasını adi gözlə də müşahidə etmək olacaq, lakin daha yaxşı müşahidə üçün kiçik teleskop və ya binokl istifadəsi məqsədəuyğun hesab edilir.
Tutulmanı canlı izləyə bilməyənlər "Virtual Telescope Project" tərəfindən Youtube üzərindən onlayn yayıma qoşula bilərlər.
Qeyd edək ki, bu qırmızı ifratnəhəng ulduz Yer kürəsindən 550 işıq ili məsafədə Orion bürcündə yerləşir. Bətəlqeyzə ulduzu sürətlə təkamül etmişdir və yaxın 30-50 il ərzində ifratyeni kimi partlaması gözlənilir. Bu baş versə Yer kürəsinin sakinləri səmada Ay ölçüsündə nebula müşahidə edəcəklər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 815 Tarix: 11 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabrMaşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabrThe Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"
İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün
30 sentyabrBakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl
2 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabr