"Azərbaycan tarixinin önəmli bir mərhələsi Ulu Öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır"-ŞƏRH

"Azərbaycan tarixinin önəmli bir mərhələsi Ulu Öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır"-ŞƏRHAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 20 il keçir. Azərbaycan dövlətinin xilaskarı və qurucusu olan Ulu Öndəri böyük hörmət və rəhmət hissi ilə anırıq.

"İyirminci əsrin dahi, dünya tarixinə adını yazdırmış şəxsiyyətlərindən biri idi Heydər Əliyev. Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı".

Bu sözləri Sonxeber.az-a deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycan tarixinin önəmli bir mərhələsi ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.

"90-cı illərin əvvəli Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yenidən ölkəmizin üzərində qara buludlar əsməyə başladı. Bir tərəfdən Ermənistanın təcavüzü, digər tərəfdən həyata keçirilən yanlış siyasət nəticəsində ölkənin vətəndaş müharibəsinə sürüklənməsi Azərbaycanı uçuruma aparırdı. Ölkəmizin müstəqilliyi təhlükə altında idi.
Həmin dövrdə ölkəni bu ağır durumdan yalnız güclü dövlət idarəçiliyi təcrübəsinə malik, qətiyyətli və möhkəm iradəli şəxs çıxara bilərdi. Artıq gözlər Naxçıvana yönəlmişdi. Hamı Azərbaycanın bu durumdan yalnız Ulu Öndər Heydər Əliyevin çıxaracağını düşünürdü. Beləliklə bütün riskləri göz önünə alaraq Heydər Əliyev xalqın çağırışını nəzərə aldı, hakimiyyət sükanına əyləşdi.
Heç şübhəsiz ki, əgər həmin dövrdə Ulu Öndər hakimiyyətə gəlməsə idi, bu gün Azərbaycanın hansı durumda olacağını təsəvvür etməyin özü belə çox çətindir. Qısa müddətdən sonra Azərbaycan sabitlik və inkişaf mərhələsinə qədəm qoydu.
Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir.
Xalqımızın yaddaşına qanlı hərflərlə yazılan 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini Ümummilli lider Heydər Əliyev sayəsində almışdır.
​1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi və cəsarətli bir bəyanat verdi.
Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.
Əksəriyyət yaxşı xatırlayır, yəqin ki, o dövrün çörək növbələrini. İnsanlar gündəlik qida tələbatlarını ödəməkdə ciddi əziyyət çəkirdilər. Həmin günləri unutmaq özü böyük nankorluq olardı. Azərbaycan bugünkü inkişafa həmin ağır durumdan, acı günlərdən keçərək gəlib çatıb.
Dahi şəxsiyyət Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu gün qürur hissi ilə deyə bilərik ki, dahi Heydər Əliyevin dediyi sözlər, cənab İlham Əliyevə bəslədiyi ümidlər özünü doğruldur.
Sonrakı mərhələdə Prezident İlham Əliyev bu siyasəti uğurla və böyük uzaqgörənliklə davam etdirdi. Azərbaycanı məğlub ölkədən qalib ölkəyə çevirdi. Bu siyasət nəticəsində bu gün Azərbaycan öz tarixinin ən şanlı, şərəfli və qürurlu günlərindən birini yaşayır.
Bu gün dünyada təxminən 3000-4000 arası xalq, 200-ə yaxın dövlət var. Biz xoşbəxtik ki, bizim müstəqil və güclü dövlətimiz var. Unutmamalıyıq ki, dünyada ciddi proseslər gedir. Hazırda üzərimizə düşən əlimizdəki əvəzsiz nemətlərin – müstəqilliyin, suverenliyin, istiqrarın və sabitliyin dəyərini bilməkdir. Hesab edirəm, burada ən çox məsuliyyət həm də gənclərindir. Gələcəyin idarəçiləri onlardır. Ölkəmizin gələcəyi onlardan çox asılıdır.
Bu gün hamımız Ulu Öndər Heydər Əliyevin amallarına sadiq qalaraq Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, müstəqilliyimizi və qələbəmizi daha da möhkəmləndirməliyik. Ulu Öndərin ən böyük arzusu Azərbaycan xalqını müstəqil, qalib, torpaqlarımızı işğaldan azad edilmiş görmək idi. Azərbaycan xalqı Ulu Öndərin Dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda fədakarlığını heç zaman unutmayacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 576   Tarix: 12 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr