Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının qürur mənbəyidir
Artıq 20 ildir ki, nəhəng tarixi şəxsiyyət, dünyaşöhrətli siyasətçi, xalqımızın böyük oğlu Heydər Əliyev cismən bizim sıralarımızda deyil. Bununla belə, Ümummilli Lider Heydər Əliyevin parlaq xatirəsi daim hafizələrdə və qəlblərdə yaşayacaq. Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının qürur mənbəyidir.
Bunu AZƏRTAC-a Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev söyləyib.
Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də mayın 10-da və dekabrın 12-də Fəxri xiyabanda izdiham müşahidə olunur. Hava yağışlı olsa da, bu müqəddəs məkanı ziyarət etmək üçün gələn insan selinin ardı kəsilmir. Bu hal Ümummilli Liderə olan sonsuz xalq sevgisinin izharıdır. Əminəm ki, leysan da, qar da yağsa, çovğun da, şaxta da olsa ziyarətçilərin sayı azalmayacaq. Bilirsinizmi niyə? Cavab çox sadədir, çünki öz canını belə xalqına və dövlətinə fəda etmiş vətənpərvər insanı ziyarət etmək hər kəsin qəlbinin səsi olmaqla, içindən gəlir. Əminəm ki, heç bir hava şəraiti və ya digər hər hansı maneə insanları bu məkanı ziyarət etməkdən çəkindirə bilməz. Nə qədər Azərbaycan və xalqımız var olacaq, Ulu Öndər Heydər Əliyevin məzarı yüksək ehtiramla ziyarət olunacaq, Ümummilli Liderin əziz və unudulmaz xatirəsi böyük məhəbbətlə anılacaq.
Firad Əliyev deyib: "Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin və xalqın maraqlarına, qanunun aliliyinin təmin edilməsinə və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici və maddi-sosial bazanın yaradılması da Ulu Öndərin prokurorluqla bağlı həyata keçirdiyi ardıcıl və çoxşaxəli islahatlar, prokurorluğa göstərdiyi böyük dəstək və qayğı sayəsində mümkün olub. Azərbaycan Prokurorluğu bir əsrə yaxın müddətdə, 80 il ərzində dövlətin etibarlı dayaqlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə dövlət tərəfindən heç bir təşəbbüs göstərilməyib, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməyib. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə hər il oktyabrın 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunması yalnız tarixi reallığın bərpa olunması deyil, həmçinin hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğun roluna rəsmi münasibətin və dövlət qayğısının yüksək səviyyədə təzahürü olub".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar
Röya, Natavan və Elnur bir arada - Foto