Yaşı 65-dən yuxarı olan avtobus sürücüləri varmı? - RƏSMİ AÇIQLAMA

Yaşı 65-dən yuxarı olan avtobus sürücüləri varmı? - RƏSMİ AÇIQLAMAPaytaxta fəaliyyətdə olan ictimai nəqliyyatda yaşı 65-dən yuxarı sürücülərin çalışdığı iddia edilir. Xüsusilə Hövsan qəsəbəsindən Suraxanı marşrutu üzrə hərəkət edən 161 saylı avtobusda yaşlı sürücülərin olduğu bildirilir.

Sonxeber.az xəbər verir ki, bununla bağlı Bizim.media-ya gileylənən qəsəbə sakinləri həmin marşrutda çalışan sürücülərin yaşlı, bəzilərinin görməsində və eşitməsində problem olduğunu qeyd ediblər.

Aydındır ki, sərnişindaşımada yaşından asılı olmayaraq sürücünün sağlamlığı önəmlidir. Çünki sürücülərin səhhətlərindəki hər hansı narahatlıq onların özü ilə yanaşı sərnişinlərin də həyatı üçün risk yaradır.

Bəs 161 saylı marşrutun sürücüləri barədəki iddialar nədən xəbər verir? Ümumiyyətlə, həmin marşrutda yaşlı sürücülər varmı?

161 saylı marşrutun daşıyıcısı Bəhruz Tağıyev sakinlərin iddiasını əsassız adlandırıb. O, deyib ki, sözügedən marşrut xəttində yaşı 65-dən yuxarı sürücü yoxdur. Sürücülərin səhhətlərinə gəlincə, sürücülər mütəmadi olaraq tibbi yoxlanışdan keçirlər və daşıyıcı bu məsələyə xüsusi nəzarət edir.

Digər marşrut xətlərində yaşı 65-dən yuxarı sürücü varmı?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən saytımıza bildirilib ki, sürücülərin işə götürülməsi səlahiyyəti AYNA-da olmadığı üçün əllərində belə bir statistika yoxdur:

"Sürücülərin yaş kateqoriyası ilə bağlı məsələlər daşıyıcıların tabeliyində olan məsələdir. İşə götürülən sürücülərin yaşı və səhhəti xüsusi diqqətdədir. Xatırladaq ki, Milli Məclisdə "Avtomobil nəqliyyatı haqqında" qanuna edilən yeni dəyişikliklərə görə, avtobuslarla sərnişindaşımaları ilə "D" kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 22-dən az və 65-dən çox olmayan, eləcə də avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan sürücülər buraxılırlar.

"DE" kateqoriyası üzrə isə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 25-dən az və 65-dən çox olmayan, eləcə də "D" kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 3 ildən az olmayan sürücülər buraxılır.

Yeni dəyişikliklər avtomobil nəqliyyatı ilə sərnişin daşımaları sahəsində təhlükəsizliyin təmin edilməsi və məsuliyyətin artırılması ilə əlaqədar avtobuslarla sərnişin daşıyan sürücülərə dair tələblərin yenilənməsi məqsədilə qəbul olunub".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 910   Tarix: 12 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

30 sentyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr