"Selektiv abort halı görəndə hüquq mühafizə orqanlarına xəbər vermək lazımdır" - Kamilə Əliyeva
İstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Azərbaycan dünyaya gələn uşaqların cins nisbətinə görə selektiv aborta üstünlük verən dövlətlər arasında birinci yerdədir.Əvvəl selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. İndi vəziyyət əksinədir. Belə ki, hazırda Çində bu göstərici 100-110,3 təşkil edir. Ölkəmiz 2021-ci ildə bu məsələdə birinci yerdə olan Çini artıq üstələyib.
Mövzu ilə bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva bildirib ki, Azərbaycan qanunvericiliyinə görə selektiv abortların aparılması qadağandır.Belə hallar görəndə hüquq mühafizə orqanlarına xəbər vermək lazımdır:
"Azərbaycan qanunvericiliyinə görə selektiv abortların aparılması qadağandır. Selektiv abortların aparılması nə hüquqi cəhətdən, nə də dini cəhətdən düzgündür. Qız uşaqlarının ölümünə səbəb olmaq, oğlan uşağını saxlamaq hər iki baxımdan düzgün deyil. Vətəndaşlar bunu anlamalıdırlar və ailələrdə buna ciddi yanaşılmalıdır. Belə hallar müəyyən olunarsa, hüquq mühafizə orqanları tərəfindən qanunvericiliyin müvafiq maddələrinə görə cinayət açıla bilir. Belə hallar görəndə hüquq mühafizə orqanlarına xəbər vermək lazımdır. Burada həm valideynlər, həm həkimlər tərəfindən vicdan və məsuliyyət məsələsi var . Bir daha qeyd edim ki, qanunvericilik baxımından heç bir problem yoxdur və bu, qadağandır. Bu yola əl atan həkimlər cinayət məsuliyyətinə cəlb olunurlar. Amma digər tərəfdən buna nəzarət də olmalıdır. Birincisi, valideynlər buna yol verməməlidirlər. Övladlar arasında ayrı-seçkilik qoymaq düzgün deyil. Belə faktlar var ki, oğlan uşağı dünyaya gəlmədiyi üçün ailələr dağılır, ailədə bir neçə qız uşağı varsa, ata oğlan uşağı istəyir. Mən özüm ixtisasca genetik olduğuma görə qeyd etmək istəyirəm ki, oğlan uşağının olması yalnız və yalnız atadan asılıdır. Burada yeganə günahı olan şəxs varsa,o da atadır. Ananı qınamaq və ailəni dağıtmaq düzgün deyil".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar
Röya, Natavan və Elnur bir arada - Foto