Övladları qızılcaya yoluxan valideynlər nə etməlidir? - Sabunçu Tibb Mərkəzinin direktorundan AÇIQLAMA

Övladları qızılcaya yoluxan valideynlər nə etməlidir? - Sabunçu Tibb Mərkəzinin direktorundan AÇIQLAMASon günlər ölkəmizdə qızılca xəstəliyinə yoluxma hallarında artım müşahidə olunur. Xüsusən də xəstəlik uşaqlar arasında yayılır. Bu gün də Şirvan şəhərində 12 yaşlı uşaq qızılcadan dünyasını dəyişib. Qızılca uşaqlarla bərabər, 40 yaşdan yuxarı əhali arasında da müşahidə olunduğuna görə təqvimdənkənar peyvənd kampaniyalarına başlanılıb. Qızılca ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova Sonxeber.az saytının suallarını cavablandırıb:

Nurəngiz Bəşirova ilk olaraq valideynlərə uşaqlarının təmizliyinə çox ciddi diqqət yetirməklərini məsləhət görüb:

"Uşaqların peyvəndləri vaxtında vurdurulmalıdır. Peyvənd olunmayan uşaqlar daha tez qızılcaya yoluxur. Analara məsləhət görərdim ki, ilk olaraq uşaqların təmizliyinə riayət etsinlər və ictimai iaşə yerlərindən uzaq tutsunlar. Çünki uşaqlar virus nədir bilmirlər. Onlar oynamaq və gəzmək istəyirlər. Son dövrdə qızılca xəstəliyi yayıldığına görə,hər bir valideyn övladının həkimi olmalı və balasını qorumalıdır. Əgər uşaqlarında temperatur, halsızlıq dərinin rənginin dəyişilməsi, gözlərinin sulanması və başının tüklü hissəsində, boyun seyvanında və bədənin müxtəlif nahiyələrində səkgilər görərlərsə dərhal həkimə müraciət etməlidirlər.

Bilirsiniz ki, Məhəmmədi Modul tipli xəstəxana Sabunçu Tibb Mərkəzinə daxildir. Burada uşaqlarla yanaşı, hamilə qadınlar da qızılca xəstəliyindən müalicə alırlar. Azyaşlılarla birlikdə onların anaları da xəstəxanada qalırlar. Sabunçu Tibb Mərkəzinin nəzdində mərkəzləşdirilmiş qida bölməmiz var. Xəstələr səhər, günorta və axşam yüksək səviyyədə qidalanma ilə təmin olunurlar. Geyim və dərman təchizatımız da yüksək səviyyədədir. Həkimlərimiz və tibb bacılarımız xəstələrin tez bir zamanda sağalıb evlərinə getməkləri üçün əllərindən gələni edirlər.

Qızılcaya yoluxmuş xəstələrin sağalma dövrü də müxtəlifdir. Elə xəstə var ki, 1 həftə və ya 10 gün ərzində sağalır. Eləsi də var ki, müalicə dövrü uzun çəkir. Xəstəxanamıza Bakıdan əlavə digər bölgələrdən xəstə qəbul edirik.

Hamilə qadınlarımızın müalicəsini infeksionistlərimiz və ginekoloqlarımız birgə aparır. Onlar tam şəkildə müalicə olunaraq evlərinə göndərilir. Bəzi hamilə qadınlarımız olur ki, doğuşdan azad olunan kimi biz onu təxliyyə edirik və qızılcaya görə müalicəyə başlayırıq. Edilən müalicələr ana və uşaq da heç bir fəsad törətmir".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1194   Tarix: 14 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş tərəfindən şikayət daxil olub. Bildirilib ki, əsas problem Bakıxanov küçəsi, 2 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən restoranı

2 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr