İcra başçısının qardaşı "Azərsu"-ya türk malı adı altında "kitayski" avadanlıq satır - İddia

İcra başçısının qardaşı "Azərsu"-ya türk malı adı altında "kitayski" avadanlıq satır - İddiaAzərsu ASC-nin sabiq sədri Qorxmaz Hüseynovdan sonra qurumda şəffaf idarəetmənin tətbiq ediləcəyi ilə bağlı gözləntilər də özünü doğrultmadı. Agentlikdən cumhuriyyet.az-a daxil olan məlumata görə, qurumun indiki rəhbərliyinin imicinə zərbə vuran şəxslərdən biri də Su ehtiyatları Agentliyinin anbar təsərrüfatı idarəsinin müdiri İmran Abbasovdur. İmran Abbasov əvvəllər Suraxanı rayon, indi isə Şirvan şəhər icra hakimiyyətinin başçısı olan İlqar Abbasovun doğmaca qardaşıdır. Əvvəllər DYP-də çalışmış İmran Abbasov 4 il Nəsimi rayon su idarəsinə rəhbərlik etdikdən sonra, Azərsu ASC-də departament rəisinin müavin və daha sonra indiki vəzifəsinə təyin olunub. Deyilənə görə, İmran müəllimin kənar biznes şəbəkəsində pivə istehsalına, arpa, buğdaya qədər payı var. Ancaq əsas problem bu şəxsin rəhbərlik etdiyi idarədə dözülməz şərait yaratmasıdır. Belə ki, onun regionçuluq və qərəzçilik prinsipinə söykənən idarəçiliyi kollektiv arasında ciddi narazılıq yaradıb. Siravi gözətçidən,fəhlədən tutmuş hər kəsin işinə yersiz müdaxilələr edən İmran müəllim özünü padşah kimi aparır.

İmran Abbasovun idarəçiliyində ən müəmmalı məqam anbara müxtəlif mallar gətirən şirkətlərlə münasibətidir. "İnterkabel", "Universal", "Polimart", "Şurataz", AkPiping, Hinal Grup kimi şirkətlərə süni şəkildə sertifikat problemi yaradılır ki, bu problem də yalnız İmran müəllimə xüsusi konvert təqdim olunduqdan sonra aradan qaldırılır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, İmran Abbasovun əməllərindən ən çox əziyyət çəkən şirkətlərdən biri də "Fuad kimya" şirkətidir. Belə ki, şirkətin "Azərsu"ya təqdim etdiyi məhsulların qabları geri verilməli olduğu halda, İmran Abbasov onları Keşlədə yerləşən balıq bazarı alverçilərinə və Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən məzarlıqlara satdırır. Məsələn anbara gələn və əsas vəsait sayılan priterlər Agentliyin regionlarına və idarələrinə göndərildikdən sonar fərqli olduğu üzə çıxıb. Bu mallar İmran Abbasovun "convert siyasəti" ilə qəbul olunsa da departament rəisi Samir Qənili işdən çıxarılıb, lakin səbəbkara göpzün üstə qaşın var deyən olmayıb. Ardınca İmran Abbasov əsas vəsait sayılan UPS – ləri sənəd üzrə olan yox, digər göstəricilərlə anbarına doldurub. Məsəl üçün UPS – 600 – ün yerinə anbara UPS – 700 qəbul edilib.

Bu da öz növbəsində Agentliyin rayon və regional sukanal idarələrinə gedib çatanda bəlli olub.İdarələr səsini çıxardanda Abbasov bunun rəhbərliyin tapşırığı olduğunu deyir. İri su xəttlərinin üzərinə qoyulan siyirtmələr müqavilədə Türkiyə istehsalı olsa da anbara daxil olan Çin istehsalıdır.İri diametrli metal borular müqavilədə tikişsiz, anbara daxil olan tikişli və qalınlığı fərqlidir. Bu günlərdə kanalizasiya xətlərinin açılması üçün nəzərdə tutulan material əvəzinə yanmış məftil alınıb ki, işə yaramayan bu kompanent ciddi narazılıq yaradıb.

Bütün bu məhsulları anbara daxil etmək üçün konvertin qalınlığı nəzərə alınır. Agentliyin Sədri Zaur Mikayılov İmran Abbasov haqqında ölçü götürməməsi onun özünü də şübhə altına salır./Cumhuriyyet.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2956   Tarix: 14 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır

Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə

1 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video

Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Bu barədə -ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş tərəfindən şikayət daxil olub. Bildirilib ki, əsas problem Bakıxanov küçəsi, 2 ünvanındakı binanın birinci mərtəbəsində yerləşən restoranı

2 oktyabr
.

Nicat Azadlının xanımından ağır ittihamlar - "Övladımı bətnimdə öldürdü..."+Video

Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. "Qafqazinfo" xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi

2 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA

Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları

1 oktyabr