"Real Madrid" Luka Modriçin gələcəyi ilə bağlı qərar verib
"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç 2023/2024 mövsümünün sonunda İspaniya komandasını tərk edəcək.
Məlumata görə, futbolçunun müqaviləsi başa çatır və Madrid klubunun rəhbərliyi xorvatiyalı futbolçuya yeni müqavilə təklif etməmək qərarına gəlib.
Modriç 2012-ci ildən "Los Blancos"da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi "Real Madrid"in heyətində bütün turnirlərdə 18 oyun keçirib və iki məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 10 milyon avrodur.
Qeyd edək ki, "Real" La Liqanın turnir cədvəlində ikinci yerdədir, Karlo Ançelottinin komandası 16 matçda 39 xal toplayıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 686 Tarix: 16 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arbeloa Valverde və Tçuameni arasındakı davaya aydınlıq gətirdi
"Real Madrid" klubunun baş məşqçisi Alvaro Arbeloa komandanın yarımmüdafiəçiləri Federiko Valverde və Orelen Tçuameni arasında baş vermiş əlbəyaxa dava ilə bağlı yayılan məlumatlara rəsmi münasibət bildirib. "AS" nəşrinə istinadən xəbər verir ki, Arbeloa "Real Madrid" klub
9 mayBakı-Xankəndi velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur
Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu 50 min avrodan çoxdur. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov mətbuat konfransında bildirib
9 mayPortuqaliyalı baş məşqçi Bakı metrosunda GÖRÜNTÜLƏNDİ - FOTO
"İmişli" futbol klubunun portuqaliyalı baş məşqçisi Jorj Kaşkilya Bakıda görüntülənib. xəbər verir ki, J.Kaşkilya ötən axşam Bakı metrosundan istifadə edib. Onun bu marşrutla "Palms Sports Arena"da keçirilən Azərbaycan Kubokunun finalını ("Sabah" - "Zirə") izləməy
14 mayElvin Yunuszadənin toyu oldu - Video
Azərbaycan yığmasının sabiq futbolçusu, hazırda "Karvan-Yevlax" klubunda çıxış edən Elvin Yunuszadə evlənib. "Qafqazinfo" xəbər verir ki, təcrbüəli müdafiəçinin toyu ötən gün Bakıdakı restoranlardan birində baş tutub. Qeyd edək ki, Elvin Yunuszadə karyerası ərzində "Neftçi"
4 mayNəriman Axundzadənin ABŞ-dakı maaşı açıqlandı
Azərbaycan milli komandasının futbolçusu Nəriman Axundzadənin ABŞ-dakı maaşı açıqlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə MLS-in Oyunçular Assosiasiyasının rəsmi saytı məlumat yayıb. "Kolambus Kryu" klubundakı çıxış edən 22 yaşlı futbolçunun illik maaşı 550 00 ABŞ dolları (vergilərsiz 93
13 mayÇempionlar Liqasında ikinci finalçı müəyyənləşir
Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olacaq. "Qafqazinfo" xəbər verir ki, "Bavariya" PSJ-ni qəbul edəcək. Münhendə keçiriləcək matçda qarşılaşmaya 23:00-da start veriləcək. Cütün qalibi finalda "Arsenal"la qarşılaşacaq. UEFA Çempionlar Liqası. Yarımfina
6 mayMarkus Reşford "Tottenhem"ə keçə bilər
İspaniya təmsilçisi "Barselona"da icarə əsasında çıxış edən Markus Reşford karyerasını İngiltərənin "Tottenhem" komandasında davam etdirə bilər. "Report" BBC-yə istinadən xəbər verir ki, London təmsilçisi cari mövsüm Premyer Liqada qalmağı bacarsa, 28 yaşlı hücumçunu heyətin
2 mayPremyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq
Misli Premyer Liqasında XX turun daha bir oyunu bu gün keçiriləcək. Qaynarinfo-nun məlumatına görə, "Qarabağ" "Turan Tovuz"la münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:30-da start götürəcək. Görüşün baş hakimi Rəşad Əhmədov olacaq
4 may