Milli Məclisin iclası başlayıb, gündəlikdə 27 məsələ var

Milli Məclisin iclası başlayıb, gündəlikdə 27 məsələ varMilli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.

Sonxeber.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 27 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı.

2. "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi.

3. "Dövlət ehtiyatları haqqında" qanun layihəsi (üçüncü oxunuş)

4. "Antiinhisar fəaliyyəti haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Mülki müdafiə haqqında", "Taxıl haqqında", "Milli təhlükəsizlik haqqında", "Dövlət sirri haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

5. "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunların icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

6. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

7. "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

8. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

9. "İşsizlikdən sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

10. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

11. Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

12. Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

13. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

14. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

15. "Dəniz limanları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

16. "Milli təhlükəsizlik haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

17. "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

18. "Mühasibat uçotu haqqında" və "Dövlət sirri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

19. "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə"nin təsdiq edilməsi barədə, "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

20. "Arbitraj haqqında" qanun layihəsi (ikinci oxunuş)

21. Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)

22. "Mediasiya haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

23. "Prokurorluq haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

24. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

25. "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

26. Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında" və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

27. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 693   Tarix: 19 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021