Sumqayıtda cərəyan vuran yeniyetmə növbəti dəfə əməliyyat olunacaq - Ailəsindən AÇIQLAMA
Sumqayıtda elektrik cərəyanı vuran 13 yaşlı Aslan Əliyev sabah müalicə aldığı xəstəxanadan müvəqqəti olaraq evə buraxılacaq.
Bu barədə Bizim.media-ya yeniyetmənin bibisi Qərənfil Əliyeva məlumat verib. Onun sözlərinə görə, Aslan Əliyev evə 10 günlük buraxılır, daha sonra yenə əməliyyata alınacaq:
"İki aydır Aslan xəstəxanadadır. Artıq səkkiz dəfə əməliyyat olunub. Hələ tam bərpa olunmayıb. Yanıq aldığı yerlər o qədər dərindir ki, bədəninin digər nahiyələrindən kəsib, yaralarını sağaltmağa çalışırlar. Uşaq çox əziyyət çəkir. Boynundan aldığı yanıq xəsarətləri sümüyünə qədər işləyib. Ağrılardan və əməliyyatlardan təngə gəlib. Yaddaş pozğunluğundan əziyyət çəkir".
Qərənfil Əliyeva baş verən dəhşətli hadisədən sonra heç bir dövlət qurumunun, xüsusilə "Azərişıq" əməkdaşlarının uşağa baş çəkməməsindən, səhhəti ilə maraqlanmamasından da gileylənib:
"Bu iki ayda uşağın səhhəti ilə maraqlanan olmadı. Üstəlik "Azərişıq" günahı uşağın üstünə yıxdı. Halbuki, özlərinin səhlənkarlığı və səhvi ucbatından balam şikəst qaldı. Guya iki aydır araşdırma gedir. Bildiyim qədər işi də bağlayıblar".
Qeyd edək ki, hadisə oktyabrın 22-də baş verib. Yeniyetməyə başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, yanıq şoku diaqnozu qoyulub.
Onu da bildirək ki, məsələ ilə bağlı Sumqayıt prokurorluğunda araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə hələlik açıqlama verilməyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 943 Tarix: 19 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021