Daxili orqanlarını satışa çıxaranlar var: Onları hansı CƏZA gözləyir?
Bu gün sosial şəbəkələr reklam baxımından ən əlverişli vasitədir. İnsanlar da bundan istifadə edərək əl işlərini və bacarıqlarını nümayiş etdirib, satışa çıxarırlar. Sosial şəbəkələrdə, hətta narkotik satışı ilə məşğul olanlara da rast gəlinir.
Daha bir qaranlıq məsələ isə insanların daxili orqanlarının satışı ilə bağlıdır. Xüsusilə, "Instagram"da orqanların satışı ilə bağlı tez-tez rast gəlinən elanlara qiymətlər də əlavə edilir. Sosial şəbəkələrdə qan satışından ürəyə qədər, bütün orqanların satışı təklif olunur.
Bununla yanaşı, qadınların və həkimlərin folekullarla bağlı paylaşdıqları elanlar da çoxluq təşkil edir. Yəni qadınlar öz folekullarını müəyyən pul qarşılığında satır, eyni zamanda, həkimlər müəyyən şərtlərlə, müəyyən məbləğ qarşılığında folekul donoru axtardıqlarını elan edirlər. Belə məlum olur ki, folekulları alan ginekoloqlar süni mayalanma əməliyyatları edərkən həmin folekulları övlad sahibi olmaq istəyən qadınlara daha yüksək qiymətə satırlar.
Halbuki orqanların reklamı, satışı qanunla qadağandır.
Xatırladaq ki, ötən il "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" yeni qanun qəbul olunub. Bu qanun imkan verir ki, qohum olmayan şəxslərdən, eyni zamanda meyitdən də orqan donorluğu götürülməsi tətbiq olunsun.
Bəs daxili orqanlarını satışa çıxaranlarla necə mübarizə aparılır? Bu cür şəxsləri hansı cəza gözləyir?
Mövzu ilə bağlı Bizim.media-ya danışan hüquqşünas Ruslan Vəliyev həmin insanları 3-5 ilədək həbs cəzasının gözlədiyini deyib:
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən, insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı ilə məşğul olanlar 3 ilədək müddətə, ağırlaşdırıcı hallarda isə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır".
Vəkil bu cür qanunsuz elanlarla aidiyyəti qurumların mütəmadi məşğul olduqlarını bildirib:
"Bu cür elanlar üzrə satıcılar və alıcılar DİN monitorinq qrupları tərəfindən izlənilir və cinayət məsuliyyətinə cəlb olunurlar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar
Röya, Natavan və Elnur bir arada - Foto