Uşağınıza yeni il hədiyyəsi alarkən DİQQƏTLİ OLUN- HƏKİM AÇIQLADI
Bayram günlərində verilən hədiyyələr yaddaqalan və mənalı olur. Yeni ildə paketlənmiş qutularda verilən hədiyyələr uşaqları daha çox həyəcanlandırır. Lakin, bu hədiyyə qutuları və onların içərisində olan qidaların keyfiyyəti sual doğurur. Məlum olduğu kimi, qablaşdırma materiallarının istehsalında istifadə edilən bəzi kimyəvi maddələr qidaya keçə bilər. Qablaşdırma prosesində qidaların mikroblarla çirklənməsi də mümkündür.
Mövzu ilə bağlı terapevt Mətanət Cəfərova Sonxeber.az-a açıqlama verib. Onun sözlərinə görə, sözügedən qutuların içərisində şirniyyatlar və karbohidratlar olur. Bəzilərinin keyfiyyəti bir o qədər yüksək olmur:
"Həmin qutulara meyvə qoyulursa, həmin meyvənin hansı dərəcədə yuyulması və təmizlənməsi sual altındadır. Oradan çıxarılan meyvə yuyulub təmizləndikdən sonra yeyilə bilər. Onların tərkibinə gəldikdə isə bu bayram günlərində uşaqların qutuların içərisindəki qidaları yeməkləri məqsədəuyğun deyil. Məqsədəuyğundur ki, valideyn onu övladı üçün daha sağlıqlı şəkildə düzəltsin. Qidalar yüksək karbohidrat tərkiblidir. Ən problemlisi orada olan keyfiyyət məsələsidir. Keyfiyyəti aşağı olan qidalar uşaqlarda mədə-bağırsaq sisteminin pozulmasına səbəb ola bilər. İshalın olması, ürəkbulanma və qusma halları verə bilər. Əgər istifadə müddəti keçmiş məhsullardısa hətta zəhərlənmə belə baş verə bilər. Allergik reaksiyaları olanlar, köklüyə meyillik göstərən uşaqların bu qidaları qəbul etməsi məqsədəuyğun deyil. Qablaşdırılmamış şəkildə meyvələr və çərəzlər qoyularsa risk qrupuna daxil olan uşaqlara verilməsi düzgün deyil. Qidanı qəbul edən uşaqların bakteriyal çirklənmə nəticəsində mədə-bağırsağında xoşagəlməz hallar baş verir".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1167 Tarix: 21 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrQubada daha bir nəfər ağacdan yıxılıb öldü
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də
30 sentyabrMüəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü
Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
1 oktyabrKürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
1 oktyabrHəmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr