Bakıda fəaliyyət göstərən "Okean" marketdə yoxlama aparılıb - FOTO
Bakıda fəaliyyət göstərən marketlərdən birində satılan dovğa məhsullarının istifadə müddətlərinin bitməsi ilə bağlı mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb. Qeyd olunan qida məhsullarının Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Bəy Topçubaşov küçəsi, ev 346 ünvanında yerləşən, fiziki şəxs Elman Ağaxan oğlu Salmanova məxsus "Okean" marketdə satışının həyata keçirildiyi müəyyən edilib.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq, agentliyin müfəttişləri həmin marketdə plandankənar yoxlama aparıb. Yoxlama zamanı ticarət obyektinin satış vitrinində kütləvi informasiya vasitələrində yayılmış yararlılıq müddəti bitmiş dovğa məhsullarına rast gəlinməyib.
Buna baxmayaraq, aparılan yoxlama zamanı satışda olan digər qida məhsullarının da yararlılıq müddətinə baxış keçirilib. Baxış zamanı son istifadə müddəti bitmiş "Buva" əmtəə nişanlı 9 ədəd 0,33 litrlik qazsız təbii mineral su və digər məhsullar aşkar edilib. Yararlılıq müddəti bitmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb.
Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, ticarət obyektinin rəhbərliyinə qida məhsullarının satışı zamanı yararlılıq müddətinin daimi nəzarətdə saxlanması ilə bağlı ciddi xəbərdarlıq olunub. Eyni zamanda aşkar olunan uyğunsuzluqlarla bağlı rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 778 Tarix: 21 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tac Mahalın arxasında gizlənən səfalət - Hindistandan REPORTAJ (FOTOLAR)
Hindistan. Bir tərəfdə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə sahib, digər tərəfdə isə küçələrində dəhşətli yoxsulluq, səfalət və xaosun hökm sürdüyü 1.5 milyardlıq əhalisi olan ölkə. Paytaxt Yeni Dehliyə ilk səfərim də məndə belə təəssürat yaratdı. Hindistana yola düşməzdən əvvə
30 sentyabrQubada daha bir nəfər ağacdan yıxılıb öldü
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də
30 sentyabrMüəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü
Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
1 oktyabrKürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
1 oktyabrHəmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla
1 oktyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr