Bu gün şəhid Səbuhi Əhmədovun doğum günüdür
Vətən müharibəsində canlarından keçərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qəhrəman şəhidlərimizdən biri də Səbuhi Fuad oğlu Əhmədovdur.
Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi iştirakçısı olanşəhid Səbuhi Əhmədov 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olub.
Səbuhi Əhmədov 21 dekabr 1996-cı ildə Şəki şəhərində Fuad Əhmədovun ailəsində anadan olub. Kiçik yaşlarından valideyn qayğısından məhrum olduğu üçün "SOS Uşaq Kəndləri"nin sakini olub. 2002-2013-cü illərdə Bakı şəhər 269 saylı tam orta məktəbdə orta təhsil alıb. Orta təhsilini aldıqdan sonra Bakı Qida Sənayesi Kollecində kollec təhsilini alıb.
Şəhid Səbuhi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılıb, çağırışa əsasən əvvəlcə, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərib.
Sonra Quru Qoşunlarının "müddətdən artıq həqiqi hərbi xidmət kursları"na yazılıb və kursları bitirərək müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Hərbi xidməti zamanı Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən bir çox fəxri fərman və təşəkkürnamələrlə təltif edilib. "Gizirlik kursu"nu bitirərək "gizir" rütbəsi alan Səbuhi Əhmədov Şəkidə yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.
Azərbaycan Ordusunun giziri olan Səbuhi Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın, Zəngilanın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Qarşısına qoyulan vəzifələri icra edərkən Suqovuşan qəsəbəsi istiqamətində ayaqlarından qəlpə yarası alıb, 7 gün xəstəxanada müalicə olunduqdan sonra müharibədə iştirakını davam etdirib. Zəngilan istiqamətində hərbçi yoldaşını xilas edərkən əli zədələnmişdir. Ağdərə istiqamətində keçirilən hərbi əməliyyatlarda da iştirak edən Səbuhi Əhmədov əməliyyatlar zamanı baş nahiyəsindən qəlpə yarası alıb.
Vətən müharibəsində iştirakına görə Səbuhi Əhmədov baş nazir Əli Əsədov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilib. Səbuhi Əhmədov müharibə bitdikdən sonra hərbi xidmətini davam etdirib.
2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş verib. Döyüşlərdə Quru Qoşunlarının giziri olaraq iştirak edən Səbuhi Əhmədov 13 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub, 14 sentyabr 2022-ci ildə nəşi II Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərib, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Səbuhi Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar