YENİ QAYDA - Nəzir qutularına yığılan ianələr hara XƏRCLƏNƏCƏK?
Azərbaycanda uzun müddətdir nəzir qutularına nəzarət məsələsi müzakirə olunur. Bununla bağlı bir neçə il öncə "Dini etiqad azadlığı haqqında" qanuna düzəliş də olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında həmin düzəlişdə ziyarətgahlarda ianələrin toplanması, xərclənməsi barədə xüsusi qaydaların qəbul olunacağını deyib.
O bildirib ki, həmin qaydalar üzərində ekspertlər tərəfindən işlər davam etdirilir və müxtəlif ölkələrin təcrübələri öyrənilir.
Sədr, həmçinin ianələrin verilməsində elektron yeniliklərlə bağlı məsələyə toxunaraq qeyd edib ki, burada söhbət verilən ianənin hansı istiqamətdə xərclənməsində şəffaflığın təmin edilməsi ilə bağlıdır.
Elə qanuna dəyişiklik də nəzir qutuları ətrafında gedən müzakirərdən sonra ianələrin xərclənməsində şəffaflığın təmin edilməsi məqsədilə edilib. Lakin bunun necə tənzimlənəcəyi cəmiyyətdə maraq doğurur.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyib ki, İslam dinində məscidə, ziyarətgaha nəzir vermək vacibatı yoxdur:
"İslam dinində insanın hansısa bir işinin həll olunması və mənfi hadisədən xilas olmaq üçün nəzir anlayışı var. Burada şərt pul deyil, heyvan qurbanı da nəzir ola bilər. Bizdə niyəsə insanlar daha çox pulu nəzir deyirlər. Amma dinimizdə ziyarətgah anlayışı yoxdur, Kəbədən, Peyğəmbərin məzarından başqa ziyarətgah yoxdur. Bu, sonradan yaranıb, tarix boyu başqa dinlərdən keçib. Bizdə də pirlər, ziyarətgahlar formalaşıb. Nəzir ehtiyacı olan insana verilməlidir. Nəzirin, sədəqənin, ianənin veriləcək mənbəyi kasıb insanlar olmalıdır".
O, ölkədə əvvəllər nəzir qutularına verilən ianələrin orta əsrlər qaydası ilə yığıldığını bildirib:
"Əvvəllər bu yığılan pullar hara gedirdi bilinmirdi. Ziyarətgaha, məscidlərə verilən pulları bəzən məscidin rəhbərliyi mənimsəyirdi, ziyarətgahlar var ki, onları kimsə himayə edir. O tikdirib və özü istifadə edir. Bəzi hallarda həmin nəzir üçün verilən pullardan xaricdəki müştəhidlərə zəkat qismində ayrılması haqqında da məlumat vardı. Yəni bunlar şəffaf deyildi, qaranlıq yollara xərclənirdi".
İlahiyyatçı hesab edir ki, bundan sonra şəfafflıq təmin oluna bilər:
"İndi bu məsələ qanunda əks olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tənzimləmə işlərini aparacaq, hər bir halda şəffaflıq olacaq. Məscidin kommunal xərclərindən kənara qalan pulların hesabatı veriləcək, cəmiyyət də biləcək ki, bu vəsait hara xərclənib. Məsələn, bu vəsaitdən yetimlər evi, şəhid ailələrinə yardım oluna bilər. Yəni bu ianələr xeyirxahlıq işlərinə sərf olunmalıdır".
Mənbə: bizim.media
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 783 Tarix: 23 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrKürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
1 oktyabr"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabrGəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabrAzərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30 sentyabrKürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları
1 oktyabr20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabrHəkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabr