Bakının TIXAC DƏRDİ – Qarabağa köç prosesindən sonra tıxaclar azalacaq?
Paytaxtın tıxac problemi hələ də aktuallığını qorumaqda davam edir. Problemin həlli ilə bağlı müxtəlif fikirlər səslənsə də, real addımlar atılmadığını müşahidə edirik. Ancaq insanların ümid bağladığı bir nüans var: "Keçmiş məcburi köçkünlər Qarabağa qayıtdıqdan sonra tıxac azalacaq".
Maraqlıdır, həqiqətən, belə olacaq, yoxsa Bakının "tıxac dərdi" daha ağırdır?
Nəqliyyat sahəsi üzrə eskpert Rauf Ağamirzəyev mövzu ilə bağlı danışıb.
O bildirib ki, Qarabağa köç Bakıda insanların müəyyən qisminin azalmasına gətirib çıxara bilər:
"Ancaq paytaxtdakı tıxacların əsas səbəbi şəxsi nəqliyyat vasitələrinin küçələrdə daha çox hərəkət etməsi ilə bağlıdır. Problem insanların çoxluğunda deyil, onların hərəkət etdiyi yolların planlamasındadır. Şəhərin əhalisi indikindən də çox ola bilər, amma piyada mobilliyinin təmin edilməsi üçün təkmilləşmiş şəhər infrastrukturuna çox böyük ehtiyac var.
Velosiped zolaqlarının daha rahat, təhlükəsiz təşkili, səkilərin bariyersiz olması, ayrılmış avtobus zolaqları, şaxələnmiş metro şəbəkəsi, şəhərətrafı elektrik qatarları, yüngülreysli dəmiryol sistemi, tramvaylar, trolleybuslar, elektrobuslar və s. kimi müxtəlif seçimlərlə ictimai nəqliyyatın təklif olunduğu şəhərdə tıxac probleminin həllində mühüm addım atmış olarıq. Beləliklə, fərqli bir şəhərə sahib ola bilərik".
Ekspertin fikrincə, problem daha çox idarəetmədədir:
"Qurumlar arasında koordinasiya hansı səviyyədədir? Bir qurum nəyisə düzəltmək istədiyi halda digər qurum tam əksini edirsə, burada ciddi suallar yaranır. Şəhərin tam mərkəzində velozolaq təşkil edilir, digər hissəsində isə səkini kəsib parklanma yeri kimi istifadəyə verirlər. Bu da qurumlar arasında ziddiyəti açıq ortaya qoyur.
Bir qurum digərinin işini korlaya bilir. Problem məhz budur. İnsanlarda problem yoxdur. İnsan üçün şərait yaratdıqdan sonra o, özü qərar verəcək. Bir çox şəhər sakini əlacsızlıqdan kreditə maşın alıb.
"Mənə maşınla hərəkət etmək daha komfortludur" kimi yanlış fikir formalaşıb.
Təxminən 10 il öncə belə bir hesabat var idi ki, Bakı şəhərində 25 kilometrdən artıq məsafəyə avtomobil sürmək daha effektlidir. Ancaq bizim şəhərin sıx məskunlaşma olan indiki sərhədləri 10-15 kilometri aşmır. Xırdalan belə həmin 15 kilometrə düşür.
Biz insanları qorumaq üçün müxtəlif təkliflər verməliyik ki, onlar rahat hərəkət edə bilsinlər. Avtomobil ilə hərəkət etmək də insanların haqqıdır. Ancaq vətəndaşlar üçün alternativ variant formalaşdıranda onlar da Avropa sakinləri kimi gündəlik səfərlərini ictimai nəqliyyat ilə təşkil edəcəklər. Çeşidli ictimai nəqliyyat olduğu təqdirdə, insanların prioriteti dəyişəcək, yalnız zəruri hallarda fərdi nəqliyyata üz tutacaqlar".
Mənbə: bizim.media
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1840 Tarix: 23 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnternetdə paylaşılan şəxsi məlumatların gətirdiyi risklər
İnternetdə paylaşdığımız şəxsi məlumatlar müasir dövrdə həm rahatlıq, həm də ciddi risklər yaradan əsas amillərdən birinə çevrilib. Sosial şəbəkələrdə profil məlumatlarımız, gündəlik paylaşımlarımız, telefon nömrəmiz, e-poçt ünvanımız, hətta bəzən bilmədən paylaşdığımız məkan və davranış məlumatlar
30 sentyabrKürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət
1 oktyabr"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabrGəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabrAzərbaycanda erkən evlilik anlayışı dəyişdirildi - Yenilik
"Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb
30 sentyabrKürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Kürdəmir şəhərində keçirilən məclisdə 92 nəfərin qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə halların səbəbi laborator müayinələrin nəticələri müəyyənləşdikdən sonra dəqiqləşdirilə bilər. Bununla yanaşı, qidaları
1 oktyabr20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabrHəkimi döyüb, xadimənin sümüyünü sındırıb
Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin
30 sentyabr