Bədəni yanan azyaşlının atası: "Uşaqlar bayramda Şaxta babanın onlara hədiyyə gətirməsini gözləyirlər" - FOTO

Bədəni yanan azyaşlının atası: "Uşaqlar bayramda Şaxta babanın onlara hədiyyə gətirməsini gözləyirlər" - FOTOİyulun 2-də İsmayıllı rayonunda yaşayan ailə dəhşətli hadisə ilə üzləşib.

Bu barədə Oxu.Az-a Rafiq Məmmədli məlumat verib.

O qeyd edib ki, iki övladı birdən ağır yanıq xəsarəti alıb:

"Mətbəxdə qaz plitəsinin üzərində su qaynadırdıq. Bu zaman bizim xəbərimiz olmadan 2019-cu il təvəllüdlü oğlum Natiq Məmmədli və 2021-ci il təvəllüdlü oğlum Hüseyn Məmmədli qaz plitəsinin altında yerləşən elektrik sobasının qapağını açıb-bağlayaraq oyun oynamağa başlayıblar. Qapaqla oynayarkən qaz plitəsinin üstündəki qaynar su ilə dolu olan qab sürüşərək uşaqların üzərinə aşıb. Nəticədə hər iki oğlum dəhşətli formada ağır yanıq xəsarəti alıb. Biz təcili yardım maşını ilə Bakıya gəldik. Bakıda xəstəxanalardan birində 17 gün qaldıq. Onun 8 günü reanimasiyada keçib. Xəstəxana xərclərimizi ödəyə bilmədiyimiz üçün oradan öz ərizəmizlə ayrıldıq.

Daha sonra isə yardımsevər insanların dəstəyi ilə müalicəni ev şəraitində davam etdirdik. Özüm avtoyumada işləyirəm. 600 manat maaş alıram. Həyat yoldaşım isə evdar qadındır. Bizim bu ağır sınaqdan təkbaşına çıxmağımız mümkün deyil. Yardımsevər insanlardan bizə yardım göstərmələrini xahiş edirəm.

Qeyd edim ki, sizin dəstəyinizlə artıq bir övladımın vəziyyəti yaxşılaşıb. Amma digərinin vəziyyəti, demək olar ki, heç yaxşı deyil. Həkimin yazdığı dərmanları ala və masajları etdirə bilməyim üçün 1200 manata ehtiyacım var. Biz Lahıcda yaşayırıq. Evimiz odun sobası ilə qızır. Bədəni yanan oğlum isə yanıq yerləri göynədiyi üçün əyninə paltar geyinə bilmir. Ev çox soyuq olur. Çatdırıb odun da ala bilmirəm. Bir tərəfdən də bayram yaxınlaşır. Uşaqlar Şaxta babanın onlara hədiyyə gətirəcəyini gözləyirlər. Mənim isə heç müalicəni etdirmək üçün belə pulum yoxdur".

Ailə ilə əlaqə: (077) 571-32-62 (Rafiq Məmmədli).
Bədəni yanan azyaşlının atası: "Uşaqlar bayramda Şaxta babanın onlara hədiyyə gətirməsini gözləyirlər" - FOTOBədəni yanan azyaşlının atası: "Uşaqlar bayramda Şaxta babanın onlara hədiyyə gətirməsini gözləyirlər" - FOTOBədəni yanan azyaşlının atası: "Uşaqlar bayramda Şaxta babanın onlara hədiyyə gətirməsini gözləyirlər" - FOTOBədəni yanan azyaşlının atası: "Uşaqlar bayramda Şaxta babanın onlara hədiyyə gətirməsini gözləyirlər" - FOTOBədəni yanan azyaşlının atası: "Uşaqlar bayramda Şaxta babanın onlara hədiyyə gətirməsini gözləyirlər" - FOTOBədəni yanan azyaşlının atası: "Uşaqlar bayramda Şaxta babanın onlara hədiyyə gətirməsini gözləyirlər" - FOTOBədəni yanan azyaşlının atası: "Uşaqlar bayramda Şaxta babanın onlara hədiyyə gətirməsini gözləyirlər" - FOTOBədəni yanan azyaşlının atası: "Uşaqlar bayramda Şaxta babanın onlara hədiyyə gətirməsini gözləyirlər" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1067   Tarix: 25 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

1 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

Saleh Səmədova 9 il həbs istənildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə

30 sentyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə

30 sentyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr