Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı tərəfindən "Seçilmişi seçməyə ehtiyac yoxdur!" adlı seminar keçirilib
Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə qarşıdan gələn prezident seçkilərində cənab prezident İlham Əliyevi dəstəkləmək məqsədilə uşaq və yeniyetmələr arasında "Seçilmişi seçməyə ehtiyac yoxdur!" devizi altında ümumrespublika seminarı keçirilmişdir.
Seminarda açılış sözü ilə çıxış edən Azərbaycan Braziliya Ciu-citsu KİB-nin prezidenti Aqil Acalov Azərbaycanın Zəfər tarixi və bu yolda xalqımızın mübarizə əzminin əhəmiyyətindən danışmış, tarixi hadisələrin unudulmaması və təbliğ olunmasının vacibliyini vurğulamışdır. O bildirmişdir ki, bugün tarixi zəfərə imza atmış ölkə başçısının ətrafında sıx birləşmək və hər sahədə yeni uğurlar əldə etmək yetişməkdə olan nəslin əsas istiqamətləri olmalıdır.
Öz növbəsində İB-nin təsisçisi, Braziliya Ciu-citsu idman növünün Azərbaycanda banisi, Birinci Qarabağ müharibəsi veteranı Taleh Həsənov çıxışında dəmir yumruq ətrafında sıx birləşməyin qələbəyə gedən yolda vacibliyindən danışmış, ölkəmizin inkişafında uşaq və yeniyetmələrə olan böyük ümidlər və inam barədə fikirlərini bölüşmüşdür.
Daha sonra İB-nin sədr müavini Anar Səfərov idmançılara uğurlar arzulamış, yetişməkdə olan gənc nəslin onlara təqdim olunan imkanlardan mümkün qədər yararlanmaqla ən yüksək nailiyyətlər əldə etməyə çalışmalı olduqlarını, qalib Azərbaycan bayrağını ölkə hüdudlarından kənarda daim ən yüksəkdə dalğalandıracaqlarına inandıqlarını vurğulamışdır.
Seminarda 100-ə yaxın uşaq və yeniyetmə iştirak etmiş, attestasiyadan keçərək müxtəlif idman dərəcələri almışlar.















Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 656 Tarix: 25 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabr