İcra başçısının gizli kamera qorxusu - Kabinetindəki mebelləri sökdürdü
Zaman-zaman mediada adı korrupsiya və rüşvətxorluqda hallanan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının onun iş otağında gizli kamera yerləşdirməsindən ehtiyat edir.
Xatırladaq ki, bir müddət əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Tofiq Kərimov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.
Bu həbsdən sonra Gununsesi.info icra başçısının istintaqa çağırılıb dindirilməsi barədə xəbər də yaymışdı.
Tərtərdəki mənbələrdən Gununsesi.info–ya daxil olan daha bir xəbərdə Müstəqim Məmmədovun hələ də həbs qorxusu altında yaşadığı bildirilir.
Bu səbəbdən icra başçısı iş otağındakı böyük rəflərdən və stendlərdən yığılmış qara rəngli mebel dəstini dəyişib.
Belə ki, iş masasının arxasında olan rəf tamamilə götürülüb.
Onun yerinə kiçik ölçülü ağ rəngli stend qoyulub ki, onun da üzərində gizli kamera quraşdırılması mümkünsüzdür.
Qeyd edək ki, son illər həbs edilən icra başçılarının rüşvət almasına dair görüntülər onların iş otağında əməliyyat təbdirləri nəticəsində çəkilib./Gununsesi.info
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1047 Tarix: 25 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabr