Xankəndidə Prezidentin qucağında oturan uşaq kimdir? - FOTO
Xəbər verdiyimiz kimi, dekabrın 21-də Xankəndidə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qarabağ" - MOİK matçı keçirilib.
Sonxeber.az xəbər verir ki, tarixi matçı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid övladları ilə birgə izləyiblər.
Oyun zamanı dövlət başçısı və birinci xanımın şəhid övladları ilə səmimi görüntüləri rəğbətlə qarşılanmışdı.
Maraqla qarşılanan məqamlardan biri də Prezidentin şəhid övladlarını qucağına alaraq onlarla selfi etməsi idi.
Matç zamanı Prezidentin qucağında oturub selfi edən azyaşlı oğlan antiterror tədbirlərində şəhid olan Əli Babazadənin oğlu Yaqubdur.
Ə.Bababzadə 1990-cı ildə Astara rayonunun Kələdəhnə kəndində doğulub. 2008-2009-cu illərdə Ağdamda hərbi xidmətdə olub. O, daha sonra müddətdən artıq hərbi xidmət qulluqçusuna çevrilib. 44 günlük müharibə zamanı da qəhrəmanlıq göstərən Ə.Bababzadə medallarla təltif edilib və leytenant rütbəsi alaraq xidmətini davam etdirib.
O, antiterror əməliyyatında yüksək peşəkarlıqla döyüşüb və qəhrəmancasına şəhid olub.
Ölümündən sonra onun biri qız, biri oğlan olmaqla 2 övladı yadigar qalıb./Ölkə.Az

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 8248 Tarix: 25 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabr