Tariyel Əhmədovun qətli ilə bağlı iş məhkəməyə göndərildi
"Təfəkkür Universiteti"nin prorektoru Tariyel Əhmədovun qətlində ittiham olunanların cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materillar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işini Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti araşdıracaq.
İlk iclas yaxın günlərdə keçiriləcək.
İttihama görə, qətlin sifarişçisi həbsinə qədər Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyev olub. O, hadisə vaxtı "Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti"nin rektoru işləyib. Rektor mərhum prorektoru işgüzar nüfusu üçün maneə hesab edib, bu səbəbdən onun qətlini sifariş verib. Qətlin icraçıları isə Dəyanət Quliyev və Samir Quliyevdir. Onlar da eyni iş üzrə təqsirləndirilən şəxsdirlər.
M.Atakişiyev, D.Quliyev və S.Quliyevə qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 914 Tarix: 25 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində
30 sentyabrAzərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrSaleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror çıxış edib. Prokuror S.Səmədovun verilmiş ittihamlarla təqsirli bilinərə
30 sentyabrQadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
"Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, qadınlar üçün nəzərdə tutulan ilk müqavilə müddəti kəskin azaldılıb. Əvvəlki qaydalara görə
30 sentyabr21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabr