Kəlbəcər və Laçında seçkiyə hazırlıq davam edir - FOTO

Kəlbəcər və Laçında seçkiyə hazırlıq davam edir - FOTONövbədənkənar prezident seçkisi ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə 26 yeni seçki məntəqəsi yaradılıb. Bu məntəqələrdən ikisi Kəlbəcər şəhərində, beşi isə Laçın rayonundadır. Həmin məntəqələrə baxış keçirilib, bütün təchizatlar yoxlanılıb.

Bununla əlaqədar Oxu.Az-a Kəlbəcər və Laçın seçki dairələrinin sədrləri məlumat veriblər.

123 saylı Kəlbəcər dairə seçki komissiyasının (DSK) sədri Adil Murtuzayev bildirib ki, Kəlbəcər şəhərindəki hər iki məntəqə Bakı Abadlıq Xidmətinin oradakı inzibati binasında yaradılıb:
Kəlbəcər və Laçında seçkiyə hazırlıq davam edir - FOTO"Məntəqələrdə Kəlbəcərdə işləyən əməkdaşlar səs verəcəklər. 63 və 64 saylı seçki məntəqələri formalaşdırılıb. Ümumilikdə, 1600-dən çox insanın orada səs verəcəyi müəyyənləşib. Qış fəsli ilə əlaqədar kənd təsərrüfatı ilə məşğul olan təsərrüfatçılar qışlaqlara qayıdıblar. Ona görə, ancaq işçilərin səsverməsi orada təmin ediləcək. Hələlik seçki qutularının verilməsinə başlanılmayıb. Seçki gününə yaxın bu kimi məsələləri də tam təmin edəcəyik. Kəlbəcərdəki seçki məntəqələrində veb-kameralar quraşdırılmayacaq".

DSK sədri onu da bildirib ki, seçki günü məntəqələrə gəlmək imkanı məhdud olan seçicilər müraciət etdikləri halda, fəaliyyət göstərdikləri şirkətlər tərəfindən onlar üçün nəqliyyat ayrılacaq:

"Əgər seçici səs vermək istəyir, hava şəraiti, səhhəti və s. ilə əlaqədar məntəqəyə gedə bilmirsə, çalışdığı qurum rəhbərliyinə müraciət edib, imkan yaradılmasını istəyə bilər".

A.Murtuzayev onu da əlavə edib ki, Kəlbəcərdəki məntəqələr də seçki günü hər iki saatdan bir dairə seçki komissiyasına hesabat verəcək, nəticələri məruzə edəcək:

"Bilirsiniz ki, Kəlbəcər əhalisi müxtəlif bölgələrimizdə məcburi köçkündürlər, ona görə, dairə seçki komissiyasının binası Gəncədə yerləşir. Seçki günü telefon vasitəsilə hər iki saatdan bir məntəqələrdən məlumat alacağıq. Bununla bərabər, bülletenlər sayılıb, nəticələr dəqiqləşəndən sonra bütün qaydalara uyğun olaraq, polisin müşayiəti ilə protokol, seçki qutuları və bülletenlər dairə seçki komissiyasına təqdim ediləcək. İstər seçki günü, istərsə də bundan sonrakı mərhələlərdə bütün təhlükəsizlik tədbirləri tam təmin ediləcək".

121 saylı Laçın dairə seçki komissiyasının sədri Hüseyn Səfərov isə Laçında beş yeni seçki məntəqəsinin yaradıldığını vurğulayıb:
Kəlbəcər və Laçında seçkiyə hazırlıq davam edir - FOTO"Hazırda Laçın şəhərində səs verəcək seçicilərin siyahısı dəqiqləşdirilir. Çünki orada müxtəlif qurumların işçiləri də var, yaşayırlar. Laçında 105, 106, 107, 108, 109 saylı seçki məntəqələri yeni yaradılıb. Bu məntəqələr Zabux tam orta məktəbində, Laçın şəhər 2 saylı məktəbdə və orada fəaliyyət göstərən şirkətlərin bəzilərinin binasında formalaşdırılıb. Hər məntəqənin altı nəfər işçisi olacaq.

Seçkilər qış fəslinə təsadüf etdiyindən və Laçın nisbətən soyuq ərazi olduğundan hava şəraiti ilə əlaqədar çətinliklər nəzərə alına bilər. Amma seçki məntəqələrinə gələ bilməyənlərin evdə səs verməsi haqqında hələlik müzakirə aparılmır. Həmçinin mən inanmıram ki, kimsə prezident seçkisində iştirak etməkdən yayınsın. Üstəlik, onlar Ali Baş Komandan İlham Əliyevin və Ordumuzun sayəsində öz dədə-baba torpaqlarına qayıtmış insanlardır. 30 il sonra öz doğma yurdunda seçkiyə qatılmağa tənbəllik etməyəcəklər".

H.Səfərov onu da xatırladıb ki, DSK-nın binası Ağcabədidə yerləşdiyinə görə, seçkilərin nəticələri və protokol Ağcabədiyə gətiriləcək:

"Bununla bağlı bütün təhlükəsizlik tədbirləri nəzərdə tutulub. Həm seçki günü, həm də seçkidən sonrakı mərhələlərdə hər şey polisin nəzarətində olacaq. Hər hansı qanun pozuntusundan söhbət belə gedə bilməz. Bütün lazımi tədbirlər görülür".

Qeyd edək ki, Azərbaycanda 2024-cü il fevralın 7-nə növbədənkənar prezident seçkisi təyin edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 767   Tarix: 25 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr