"Kristal Abşeron"un sahibinin "az aşım, ağrımaz başım" prinsipi...

"Kristal Abşeron"un sahibinin "az aşım, ağrımaz başım" prinsipi...Zaman-zaman Milli Məclisdə təmsil olunan deputatlarn susqunluğu haqda yazılıb, deyilib. Deputat mandatının bəziləri üçün sadəcə biznesini qorumaq vasitəsi olması artıq sirr deyil. O da təsadüfi deyil ki, ölkənin müxtəlif sahələrində ən böyük iş adamlarının əksəriyyəti parlamentdə təmsil olunur. Onlardan biri də tikinti sahəsində hədsiz böyük paya malik olan deputat Ağalar Vəliyevdir.

Onun rəhbərlik etdiyi (rəsmi formada olmasa da) "Kristal Abşeron" şirkəti ölkənin müxtəlif regionlarında, xüsusilə paytaxt Bakıda böyük layihələr icra etməklə yanaşı, dövlət səviyyəsində gerçəkləşdirilən irimiqyaslı proqramlarda da iştirak edir. Bunların sırasına qaçqın və məcburi köçkünlər, şəhid ailələri və qazilər üçün tikilən binaları, fərdi mənzilləri daxil etmək olar. Yəni haqqında danışdığımız adam ölkənin tikinti sahəsində hədsiz böyük paya sahib olan bir şirkətin sahibidir.
Bütün bunlara baxmayaraq, A.Vəliyevin adı hər zaman susqun deputatların siyahısında olub. "Susqun deputatlar" dedikdə , sayı sizə az gəlməsin, parlamentin, demək olar ki, yarısı bu kateqoriyaya aiddir.

Ağalar Vəliyev isə bunların içərisində xüsusilə seçilir. "Qəhrəmanımız" 2020-ci ilin fevralında özünü buraxan parlamentin yerinə keçirilən növbədənkənar seçkilərdə 7 saylı Goranboy-Ağdam- Tərtər seçki dairəsindən "seçilib". Buna qədər isə o, parlamentdə 11 saylı Qaradağ Seçki Dairəsini təmsil edib. 2020-ci ilin fevral ayından bəri Milli Məclisin meclis.gov.az saytında yerləşdirilən stenoqramlarda A.Vəliyevin yalnız bir çıxışı var: 09.04.2020 – tarixində keçirilən iclasda o, 2019-cu il üzrə dövlət büdcəsinin icrasına dair çıxış edərək mövzu ilə bağlı uzun bir mədhiyyə səsləndirilib. Vəssalam!

Bu yerdə xatırlatmaq yerinə düşər ki, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanunun 9-du maddəsinə görə, MM deputatının qanunvericilik təşəbbüsü hüququ var. Ən azı bu hüquqdan istifadə edən deputat müzakirələrdə iştirak edə, müəyyən çıxışlar edə bilər. Belə ki, həmin maddədə bildirilir ki, deputat qanunvericilik təşəbbüsü hüququnu aşağıdakı formalarda həyata keçirir:
yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;
qüvvədə olan qanuna və ya qərara dəyişikliklər edilməsi haqqında layihə təklif edə bilər;
qüvvədə olan qanunun və ya qərarın ləğv edilməsi haqqında layihə təklif edə bilər;
Azərbaycan Respublikasının Milli Məclisində baxılan qanun və qərar layihələrinə dəyişikliklər edilməsi haqqında təkliflər irəli sürə bilər.
Göründüyü kimi, Milli Məclisdə təmsil olunan hər bir deputatın danışması, çıxış etməsi üçün xeyli səbəb və yaxşı şərait var. Eyni zamanda deputatlar seçicilərini narahat edən məsələlərlə bağlı parlamentdə məsələ qaldıra bilərlər. Lakin bunun üçün görünür həqiqətən də seçicilərin səsini təmsil etmək lazımdır. Hansı ki, biz bir neçə deputatın timsalında bunu görürük. "Bizim deputat" isə necə deyərlər, "az aşım, ağrımaz başım" prinsipi ilə susmağa, səsini çıxarıb gündəmə gəlməməyə üstünlük verir.

Ağalar Vəliyevin stenoqramlar siyahısında qarşımıza çıxan yeganə çıxışından bir parçanı təqdim edirik: "Hörmətli Sədr, hörmətli cənab Baş nazir, hörmətli deputatlar və hökümət üzvləri! Çağdaş tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmiz üçün ötən 2019-cu il müasir həyatımızın bütün sahələrində qazanılan yüksək nailiyyətlərlə və uğurla gerçəkləşdirilən irimiqyaslı köklü islahatlarla əlamətdar olmuşdur. Müzakirəmizə təqdim olunan, zəngin strukturu, analitik informasiyaları və məzmunlu təhlilləri ilə seçilən Nazirlər Kabinetinin hesabatı, zənnimcə, yüksək peşəkarlıqla mükəmməl hazırlanmışdır..."

Əslində uzun çıxışdır, biz sadəcə girişini təqdim etdik: haqq etmədiyi kürsüdə oturan hər kəs belə bəlağətli danışar yəqin ki...
P.S. Ağalar Vəliyevin MM-in komitə iclaslarındakı fəaliyyəti ilə bağlı məlumatlı olmadığımız üçün yuxarıda yazılanların plenar iclaslara aid olduğunu xüsusi qeyd etməyi lazım bildik/AFN.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1155   Tarix: 26 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr