Bakı Şəhər Heyvanat Parkının 1.2 milyonluq tenderi - Qalib təşkilat kimindir?
Bakı Şəhər Heyvanat Parkı 2023-cü ilin oktyabr ayının 5-də sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.
Qlobal.az xəbər verir ki, "Heyvanlar və sair canlılar üçün üzrə yemlərin, qidaların satın alınması" lotu üzrə keçirilən satınalmanın məbləği 384.769 manat təşkil edib.
Satınalmada "NAR GROUP SUPPLY" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.
"NAR GROUP SUPPLY" MMC bu cari ilin aprel ayının 12-də Bakı Şəhər Heyvanat Parkının sifarişçi olduğu daha bir satınalmada qalib elan edilib. "Heyvanlar və sair canlılar üçün illik rasion üzrə yemlərin, qidaların" satın alınması lotu üzrə keçirilən bu satınalmanın məbləği 839,959 manat təşkil edib.
"NAR GROUP SUPPLY" MMC Bakı Şəhər Heyvanat Parkının tender elanından 5 ay əvvəl - 2022-ci ilin sentyabr ayının 9-da dövlət qeydiyyatına alınıb.
Şirkətin hüquqi ünvanı Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ev 63 A, mənzil 38 ünvanıdır.
Şirkətin qanuni təmsilçisi 1989-cu il təvəllüdlü Mayılov Nemət Əli oğludur.
Təsis edildiyi bir il ərzində Bakı Şəhər Heyvanat Parkının ardıcıl olaraq 1.2 milyon manatdan artıq smetası olan satınalmasında qalib elan edilən "NAR GROUP SUPPLY" MMC indiyədək digər büdcə təşkilatlarının heç birinin sifarişçi olduğu satınalmada qalib olmayıb.
Bakı Şəhər Heyvanat Parkı ilə "NAR GROUP SUPPLY" MMC arasında cari ilin aprel ayının 12-də imzalanmış satınalma müqaviləsinə görə şirkət İdarəyə il ərzində 40 dəfə çatdırılmaqla 41.7 ton cəmdək, 420 kq qaraciyər, 11.6 ton toyuq, təxminən 7 ton müxtəlif balıq, 1 ton krevetka, 9000 ədəd diri siçan, 660 ədəd yarım kiloluq diri dovşan, 580 ədəd bir kiloluq diri dovşan, 2500 ədəd xırda diri balıq, 2080 ədəd 30 qramlıq diri bildirçin, 4160 ədəd 100 qramlıq diri bildirçin, 1670 ədəd 200 qramlıq bildirçin, 2500 ədəd bir günlük diri siçan, 1660 ədəd 350-400 qramlıq diri siçovul, 10.000 ədəd 1 günlük diri siçan, 10 ton arpa yarması, 7 ton yonca presi, 15 ton alma, 750 kq armud, 18 ton kök, 3.3 ton buğda, 8.3 ton arpa, 1.6 ton vələmir, 580 kq darı, 10 ton kələm, 12 ton kartof çatdırmalıdır. Bu mqaviləyə əsasən Heyvanatlar parkına 1 ton sarı kişmiş olmaqla ümumilikdə 77 adda məhsul alınmalıdır.
Cari ilin oktyabr ayının 5-də imzalanan satınalma müqaviləsinə görə isə qalib elan edilən şirkət - "NAR GROUP SUPPLY" MMC Bakı Şəhər Heyvanat Parkına 3.8 ton yonca presi, 4.1 ton arpa, 3.3 ton kəpək, 833 kq vələmir, 5 min ədəd 20 qramlıq bir günlük diri siçan, 4500 ədəd 100 qramlıq diri siçan, 834 ədəd 350-400 qramlıq diri siçovul, 1250 ədəd birgünlük diri siçovul, 8084 ədəd 100 qramlıq diri bildirçin, 1050 ədəd birgünlü diri bildirçin, 9.5 kq tarakan, 210 kq qaraciyər, 30 ton mal cəmdəyi olmaqla ümumilikdə 30 adda məhsul təhvil verməlidir.
Sifarişçi təşkilatın satınalma müqaviləsinin tələblərini yerinə yetirmək üçün qalib elan edilən təşkilatın böyük işçi qüvvəsi və texniki bazası olmalıdır. Lakin "NAR GROUP SUPPLY" MMC-nin maddi texniki bazası, fəaliyyət profili, işçi qüvvəsi barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir.
Qlobal.az satınalma müqaviləsi üzrə qalib olan təşkilatın öhdəliklərini necə yerinə yetirməsi barədə Bakı Şəhər Heyvanat Parkından mövqe öyrənə bilməyib.
Qeyd edək ki, Bakı Şəhər Heyvanat Parkı paytaxtın Nərimanov rayonunda, Dədə Qorqud parkının və ADA Universitetinin yanında yerləşir. Heyvanatlar parkı 1928-ci ildə zoobağ kimi fəaliyyətə başlayıb.
Heydər Əliyev Fondunun vitse-preidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Şəhər Heyvanat Parkı 2019-cu ildə parkda əsaslı təmir işləri və yenidənqurma aparılıb.
Bakı Şəhər Heyvanat Parkının direktoru Azər Hüseynovdur.
O, 1995-ci ildən bu vəzifədə çalışır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr