Azərbaycanda qadınlar könüllü həqiqi hərbi xidmətə qoşula bilərmi? - AÇIQLAMA

Azərbaycanda qadınlar könüllü həqiqi hərbi xidmətə qoşula bilərmi? - AÇIQLAMA"Qadınların könüllü hərbi xidmətə qoşulması nümunələri bir çox ölkələrdə var. Xüsusilə burada ABŞ-nin, Fransa və Macarıstanın adını qeyd edə bilərik. İl ərzində Ermənistan eyni qanunu qəbul etdi. Azərbaycanda qadın hərbi qulluqçuların olması məsələsi qanunvericilikdə tənzimlənib. Onların əsas xidmətkeçmə meyarları "Hərbi vəzifə və hərbi xidmət haqqında qanunda" öz əksini tapıb. Eyni zamanda Nazirlər Kabinetinin təsdiq etdiyi, "Azərbaycan Respublikası qadın vətəndaşlarının hərbi uçot ixtisaslarının Siyahısı" adlı sənətdə öz əksini tapıb".

Bu sözləri Sonxeber.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib. Elxan Şıxəliyev bildirib ki, qanunvericiliyə əsasən Azərbaycanda qadınlar müqavilə əsasında müddətdən artıq hərbi xidmət edirlər:

Xüsusilə çavuş, gizir, zabit vəzifələrində ilkin tələb olaraq ali təhsilli qadınlar prioritet təşkil edir. İndi bunun əsasında bütün güc strukturlarında müddətdən artıq xidmət edən qadınların sayı kifayət qədərdir. Digər bir məsələ isə həqiqi hərbi xidmətdə olması Azərbaycanda bu gün üçün prioritet məsələ deyil. Niyə görə? Bizim səfərbərlik və ehtiyatlarımız kifayət qədər imkan verir ki, qadınlar həqiqi hərbi xidmətə çağırılmasınlar. Digər bir məsələ isə, hər hansı bir qadın könüllü surətdə hərbi xidmət keçmək istəyirsə səfərbərlik və hərbi xidmət idarələrinə müraciət etdikdən sonra, bağlanma və könüllülük əsasında onun hərbi xidmət keçməsi qanunda nəzərdə tutulub.

Ekspertin sözlərinə görə, qadınların hərbi xidmət keçmələri ilə bağlı nümunələrimiz kifayət qədər çoxdur:

"Birinci Qarabağ müharibəsində könüllü qadınlar taboru var idi. Ondan sonrakı mərhələdə 44 günlük müharibədə qadınlar iştirak etdilər. Qanunvericilik nəzərdə tutur ki, bu gün üçün Azərbaycanda qadınların könüllü hərbi xidmətə çağırılması, ehtiyacları qiymətləndirilir. Bu gün üçün hərbi ehtiyatlarımız kifayət qədər imkan verir ki, həqiqi hərbi xidmət ştat vəzifələri qadınlarsız həyata keçirilir. Buna görə də mümkün olmayacaq deyilən bir məsələ yoxdur. Hər şey mümkündür. Təbii ki qanunvericilikdə kütləvi şəkildə qadınların hərbi xidmətə çağırılması barəsində zərurət olmadığı üçün hələ biz özümüzün səfərbərlik ehtiyatlarını qadınlar olmadan tam komplektləşdirə bilirik".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5761   Tarix: 26 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr