Tikinti layihələri üçün müfəssəl planların məcburi tətbiqi müddəti daha 3 il təxirə salınır
Tikinti layihələri üçün müfəssəl planların məcburi tətbiqi müddəti daha 3 il təxirə salınır.
Sonxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Lakin hal-hazıradək bütün yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissəsinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi başa çatmadığı üçün müfəssəl planın məcburi tətbiqi müddətinin uzadılmasına (müvafiq müddəanın tətbiqinin növbəti dəfə təxirə salınmasına) zərurət yaranıb.
Təklif müddətin 11 ildən 14 ilədək uzadılmasını nəzərdə tutur. Sonuncu dəfə həmin müddət 2021-ci ildə 8 ildən 11 ilədək uzadılıb.
Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, müfəssəl planlar şəhərlərin, qəsəbələrin, kəndlərin əraziləri və ya onların ərazi hissələri üçün hazırlanır. Müfəssəl planda şəhərsalma fəaliyyətinin tənzimlənməsi üçün məcburi hüquqi qüvvəyə malik qaydalar təsbit olunur.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 478 Tarix: 26 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qaynananın yeni evli gəlinə yazdığı mesajlar viral oldu - FOTO
Yeni evli gənc qadın qaynanası ilə yaşadığı mübahisəni əks etdirən WhatsApp yazışmalarını sosial mediada paylaşıb. Qısa müddətdə yayılan mesajlar istifadəçilər arasında geniş rezonans doğurub. türk mediasına istinadən xəbər verir ki, yazışmalarda qaynananın gəlinin əməliyyat prosesi üzərindən evliliy
15 aprelOnlar müdir müavini təyin edildilər
Qarabağ Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olunub. Qaynarinfo xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Rzayev Ruslan Rasim oğlu Qarabağ Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib. Ruslan Rzayev əmək fəaliyyətinə 2011-c
15 aprelSüni intellekt insanın hiss etmə qabiliyyətini zəiflədir? - AÇIQLAMA
İnsanların duyğuları artıq yalnız üz-üzə münasibətlərdə deyil, ekranların arxasında da formalaşır. Mesajlaşmalar, sosial şəbəkələr, avtomatik cavablar və süni intellektlə ünsiyyət gündəlik həyatın bir parçasına çevrilib. Bu dəyişiklik isə haqlı bir sualı ortaya çıxarır: süni intellekt insanın hiss etm
16 aprelAzərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Hüseynova Sevinc Əlisəfa qızının ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirili
16 aprelQusar Rayon İcra Hakimiyyətində yeni TƏYİNATLAR
Qusar Rayon İcra Hakimiyyətində kadr dəyişikləri olub. -ın əldə etdiyi məlumata görə, icra başçısı Sahir Məmmədxanov əmr imzalayıb. İcra başçısının əmri ilə Nailə Laçınova icra hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaş müraciətləri ilə i
16 aprelXalq artistinin qardaşı qızının meyiti tapıldı - 1 həftə əvvəl ölübmüş
Bakı şəhər Nəsimi rayonu, Moskva prospekti 126 ünvanında yerləşən mənzillərin birində 71 yaşlı qadının meyiti tapılıb. ARB-yə istinadən xəbər verir ki, vəfat edən Leyla Şeyxzamanova Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi olub, elmlər doktoru idi. O, mərhum aktyor
17 aprelXırdalanda yaşayış kompleksindəki YANĞIN söndürülüb
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın qısa müddətdə söndürülüb. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 14:50. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşero
17 aprel