Ailəyə müdaxilə edən qayınata və qayınana necə cəzalandırılacaq?

Ailəyə müdaxilə edən qayınata və qayınana necə cəzalandırılacaq?Xəbər verdiyimiz kimi, "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanuna bir sıra dəyişikliklər təklif edilir.

Təklif edilən dəyişikliklərdən biri qayınana, qayınata və digər yaxın qohumların ailəyə müdaxiləsinin məişət zorakılığı sayılması ilə bağlıdır. Bu təklif cəmiyyətdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub. Bir çoxları yaxın qohumların gənc ailələrə daim dəstək olmasının, onlara tövsiyələr verməsinin normal hal olduğunu bildirərək qayınana-qayınataların övladlarının ailələrində söz sahibi ola biləcəyini düşünür. Bəzi şəxslər isə ailələrə kənar müdaxilənin yolverilməz olduğunu, bunun sonradan neqativ nəticələrə gətirib çıxardığını deyir.

Mülkiyyət hüququ üzrə tanınmış vəkil Orxan Əhmədov mövzu ilə bağlı "Qafqazinfo"ya bildirib ki, məişət zorakılığı dedikdə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması başa düşülməlidir: "Bizim cinayət qanunvericliyində istənilən şəxsə fiziki zərər vurulması cinayət məsuliyyəti yaradır. Ancaq qayınata və qayınananın hər hansı məsələ ilə bağlı məsləhəti, irad və tövsiyəsinin məişət zorakılığı hesab olunması hüquqən və mental dəyərlərimiz cəhətdən düzgün deyil. Çünki əgər qanuna bununla bağlı dəyişiklik edilərsə, o halda qanunverici orqan "ailəyə müdaxilə" anlayışının dizpoztiv xüsusiyyətlərini açmalıdır ki, sonda böyük hüquqi problemlər yaranmasın. Çünki ailələrdə qayınananın və ya qayınatanın adi hər hansı bir sözü gəlinlər tərəfindən "ailəyə müdaxilə" kimi qiymətləndirilib məişət zorakılığı adı altında sui-istifadə hallarına yol aça bilər. Məhz bu anlamda qanunverici orqan "ailəyə müdaxilə" dedikdə bunun hansı xarakterik xüsusiyyətlərinin və nədə ifadə olunmasının konkret izahını müəyyənləşdirməlidir".

Hüquqşünas bildirib ki, "ailəyə müdaxilənin" nədə ifadə olunması açıqlanmarsa, məişət zorakılığı kimi bu halları qiymətləndirmək hüquqən mümkünsüz olacaq: "Qanunlarımız məişət zorakılığı qurbanlarının hüquqlarının qorunması üçün daim təkmilləşdirilir. Məişət zorakılığı ilə bağlı Cinayət Məcəlləsində konkret maddə olmasa da, qurbanlara fiziki zorakılıq faktları ilə bağlı cinayət məsuliyyətləri müəyyən edilib. Konkret məişət zorakılığı törətmiş şəxslərin bu konteksdə cinayət məsuliyyəti müəyyənləşdirilməyib. İqtisadi cəhətdən asılılılqla bağlı inzibati məsuliyyət müəyyən edilsə də, məişət zorakılığına məruz qalmış şəxslərin bu zorakılıqdan qorunmaq üçün mühafizə orderlərinin verilməsi məsələsi qanuna ediləcək dəyişikliklərlə artırılıb".

O.Əhmədovun sözlərinə görə, Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamədə məişət zorakılığını törətmiş şəxsə Məcəllənin 355-4.4-cü maddəsində nəzərdə tutulan bütün qadağaların tətbiq edilməsi nəzərdə tutulur: "Həmin orderin müddətinin aşağı həddi 30 gündən 60 günədək artırılır. Eləcə də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda edilən dəyişiklik dövlət hesabına hüquqi yardım alan şəxslərin dairəsinə məişət zorakılığından zərər çəkmiş şəxslərin də aid edilməsini nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləyə təklif edilən dəyişiklik "məişət zorakılığından zərər çəkmiş şəxsin cinayət təqibi zamanı dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi" nəzərdə tutulur. Layihədə İnzibati Xətalar Məcəlləsinin məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına dair 158.1-ci və 158.2-ci maddələrində nəzərdə tutulmuş xətaların təkrar törədilməsinə görə daha sərt inzibati tənbehin müəyyən edilməsi təklif edilir.

Habelə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunla müəyyən edilmiş hallarda və müddətdə məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməməsinə görə vəzifəli şəxslərin inzibati məsuliyyəti müəyyən edilir. Qanunda əvvəllər nəzərdə tutulmuş məhz yaxın qohum termini çıxarılaraq, ümumiyyətlə, qohumlar tərəfindən törədilən məişət zorakılığı hallarını da təsbit edəcək. Məhz bütün bu və digər dəyişikliklər "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi və sonda məişət zorakılığından əziyyət çəkən şəxslərin hüquqlarının qorunmasını təmin etməyə yönəlib".

Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva isə mövzu ilə vağlı "Qafqazinfo"ya açıqlamasında deyib ki, ailədaxili münasibətlərin pozulması əsasən iki tərəfin də bir-birini günahlandırması ilə başlayır və əsasında dərin kompleks və qısqanclıq dayanır: "Ana və atalar hər zaman istəyirlər ki, oğlanları daim onların nəzarəti altında olsun. Gəlinlər də ərinin bütün diqqətinin öz üzərində olmasını arzulayır. Bütün xalqların adət-ənənəsində zaman-zaman bu məsələ yer alıb. Ancaq çox maraqlıdır ki, Azərbaycanda gəlin-qayınana məsələsi daha aktualdır".

T.Paşayevə əlavə edib ki, ailələrdə formalaşan dərin komplekslər əsasən ana-atanın oğula, oğlun valideynlərə ifrat dərəcədə bağlı olmasından yaranır: "Bizdə valideynlər uşaqlarına həddindən artıq diqqət, qayğı göstərirlər, uşağın üstündə əsirlər. Qərb ölkələrində valideyn-uşaq münasibətlərində olduqca sərbəstlik var. Onlarda uşaq artıq yetkinlik yaşına çatanda, yəni 18 yaşını tamamlayanda evi tərk edib gedir, öz həyatını qurur. Həyatı haqqında mühüm qərarları özü verir. Ancaq Azərbaycanda valideyn uşağına bu sərbəstliyi vermir. Hətta görürsən ki, müəyyən yaş həddinə çatmış bir oğlandır, amma özü üçün geyim belə seçməkdə çətinlik çəkir. Gözləyir ki, ata-anası onun üçün nəsə alsın. Belə deyək də: uşaq özünə inanmır, öz zövqünə etibar etmir. Bu da bizim adət-ənənəmizin bir hissəsidir. Çox təəssüflər olsun ki, günümüzdə valideynlər artıq həyatı haqqında mühüm qərarları verə biləcək yaşa çatmış övladlarının yerinə də qərarlar qəbul edirlər. Bu aşırı həddə olan ailəcanlılıq gələcəkdə ailə quran gənclərin həyatında problemlərə yol açır".

Psixoloqun sözlərinə görə, ailələrə müdaxilələrin nəticəsində bütün tərəflər ziyan çəkir. Nəticədə tərəflər arasında aqressiya, stress, özünəinamın azalması, hadisələrdən asılı olaraq həyəcan, qorxu və digər psixoloji əlamətlər özünü biruzə verir: "Bizə müraciət edən pasiyentlərdə gəlinlərin də qayınanalara qarşı kompleksli yanaşması hallarına da rast gəlinir. Ailəyə müdaxilənin məişət zorakılığı kimi hüquqi qiymət alması, mexanizmin çalışması üçün kompleks fəaliyyət labüddür. O zaman müəyyən nəticələrin əldə edilməsini gözləyə bilərik".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 799   Tarix: 26 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr