"Veysəloğlu" yaşıl iqtisadiyyatla bağlı beynəlxalq şirkətlə əməkdaşlığa başladı

"Veysəloğlu" yaşıl iqtisadiyyatla bağlı beynəlxalq şirkətlə əməkdaşlığa başladıŞirkətlər Qrupu 63 ədəd yeni çoxtemperaturlu yük avtomobili ilə atmosferə
buraxılan karbon emissiyasının azaldılmasına töhfə verməyə çalışır

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "AVT Logistics" MMC ilə beynəlxalq şirkət olan "Gorica Group" arasındakı anlaşmaya əsasən 63 ədəd 5 və 11 ton tutumlu çoxtemperaturlu yük avtomobili alınıb. Bu avtomobillər sayəsində müxtəlif temperaturlarda daşınmalı olan məhsullar vahid səfərdə daşına biləcəyi üçün yollarda gedilən məsafə, dolayısı ilə isə atmosferə buraxılan karbon emissiyası azalır.

Şirkətlər arasında sazişi Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov və "Gorica" Qrupun sahibi Ivan Fornazaric imzalayıb.

"Bizim üçün bu əməkdaşlıq yalnız biznes məsələsi deyil, həm də ölkəmizin dayanıqlı inkişaf məqsədlərinə öz töhfəmizi vermək üçün ətraf mühitin mühafizəsinə investisiyadır. Dövlətin "yaşıl iqtisadi" transformasiyasını sürətləndirmək öhdəliyi ilə bağlı islahatlara dəstək olmağa çalışırıq", - deyə Aydın Talıbov bildirib.

Bu nəqliyyat vasitələrindən istifadə nəticəsində aylıq qət edilən məsafəyə 130,000 kilometr qənaət edilməsi proqnozlaşdırılır. Yenilik nəticəsində Veysəloğlu Şirkətlər Qrupu atmosferə buraxılan karbon emissiyasını ayda 290 min kq, ildə isə təxminən 3,5 milyon kq azaltmağı hədəfləyir.

Qeyd edək ki, "AVT Logistics" avtomobilləri hər gün 64 min kilometr yol qət edərək Azərbaycanın 4,500 nöqtəsində müştərilərə məhsul çatdırır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 716   Tarix: 26 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

1 oktyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR

Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə

30 sentyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

"Baku Electronics"in sığorta təklifinə aldanmayın - Şikayət

"Baku Electronics" mağazalar şəbəkəsində alınan məhsullara təklif edilən sığorta ilə bağlı müştəri narazılığı yaranıb. xəbər verir ki, Orxan Əbilov sosial şəbəkə hesabında mağazadan alış-veriş edən şəxslərə sığorta məsələsində diqqətli olmağı tövsiyə edib. O bildirib ki, mağazadan aldığı "Motorola"

30 sentyabr