8 manata satılan mal əti hardan gətirilir və ona kim nəzarət etməlidir?

8 manata satılan mal əti hardan gətirilir və ona kim nəzarət etməlidir?"İstehlakçılar antisanitariyalı yerlərdən almamalıdırlar. Həmin yerlərdən alınan ət təhlükəlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakının "8-ci kilometr" bazarında kilosu 8-9 manata satılan ətin keyfiyyətindən danışarkən deyib.

Sədrin sözlərinə görə, heyvan kəsimləri mövcud qanunvericiliyə görə mərkəzləşdirilmiş yerlərdə aparılmalıdır:

"Bu ətlər qeyri-normal mənbələrdən gətirilir. Qida Təhlükəsizlik Agentliyi mütləq məsəliyə nəzarət etməlidir. Bakının "8-ci kilometr" bazarı əhalinin ən çox şikayət etdiyi yerdir. Burada təhlükəsizliyi təmin olunmayan hər cür mal satılır. O cümlədən ət bazarı da bərbad vəziyyətdədir. Bu barədə birliyə çox saylı zənglər gəlir. Çox təəssüflər olsun ki, Qida Təhlükəsizlik Agentliyi bir çox məsələlər kimi bunu da həll edə bilmir".

Eyyub Hüseynov hesab edir ki, bunun ciddi səbəblərindən biri qanunlarda olan boşluqdur:

"Qida Təhlükəsizlik Agentliyi fəal yoxlama aparmaq üçün bir neçə dövlət orqanından icazə almalıdır, qarşı tərəfə məlumat verməlidir ki, səni yoxlamağa gəlirik və s. Ona görə Azad İstehlakçılar Birliyi bəyan edir ki, qida sahəsində cəld yoxlamalar aparmaq üçün müxanizmlər işlənilməlidir. Bu yolverilməzdir, orada hər cür ət satılır".

Sədr Azərbaycanda istəlinən ətin satılmasının mümkün olduğunu qeyd edib:

"Ənənəvi olmayan heyvan ətinin satılmasına rəsmi olaraq qanunla qadağa qoyulmalıdır. Ucuz mal ətləri nə ola bilər? Həddindən artıq yaşlaşmış mal ətinin qiyməti aşağı qiymətə təklif edilir. Adətən belə mal ətləri kolbasa, sosiska sexlərinə verilir və eyni zamanda bu bazara da çıxarılır. Həmin ət çox bərk olur, ucuz qiymətə təklif edilir".

Eyyub Hüseynovun fikirincə, Qida Təhlükəsizliyi Agentliyi "8-ci kilometr" bazarında vəziyyəti dəyişsə, əhalinin onlara inamı artar:

"Təssüf ki, bunu etmir, ya etmək istəmir, ya da etməyə qadir deyil. Biz gərək istehlakçılarla elə bir maarifləndirmə işi aparaq ki, belə hallar olmasın, əhali belə yerdən ət almasın".

Qeyd edək ki, Bakının "8-ci kilometr" bazarındakı ət bazarında ucuz qiymətə ət satılır. Əhali bu ətlərin haradan kəsilib gətirildiyini bilmir. Hazırda ölkədə mal ətinin qiyməti 14-15 manat olduğu halda sözü gedən bazarda mal əti 8-9 manata təklif edilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1183   Tarix: 27 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

1 oktyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr