"Kristal Abşeron" inşa etdiyi binalarda mənzil idarəçiliyini qeyri qanuni mənimsəyib - EKSPERT

"Kristal Abşeron" inşa etdiyi binalarda mənzil idarəçiliyini qeyri qanuni mənimsəyib - EKSPERT"Kristal Abşeron" qədər ölkədə qanunları kobud şəkildə pozan 2-ci tikinti qurumu tapmaq çətindir.

AFN.az xəbər verir ki, bunu Əmlak Ekspert Mərkəzinin direktoru, əmlak məsələləri üzrə mütəxəssis Ramil Osmanlı bildirib. O, şirkətin paytaxtda apardığı tikintilər zamanı yol verdiyi nöqsanlardan danışıb. Bildirib ki, "Kristal Abşeron" avtomobil yolları, piyada səkiləri, yol çiyinləri ilə bağlı bütün normativ hüquq aktları kobudcasına pozur: "Həmin hissələri qeyri-qanuni zəbt edir, zəncirlətdirir, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin 2, bəzi hallarda hətta 3 zolağını zəbt etməsinə məcburi şərait yaradır. "Kristal Abşeron"un ölkədə qanun olduğundan xəbərsiz olan əməkdaşları gecə saatlarında həyətyanı sahələrdə nəqliyyat vasitəsinin saxlanmasına mane olur (bu həm də qaraj sahələrinin satılması üçün bir vasitədir), bu qaydalardan xəbərsiz olan bir qonaq həyətdə maşın saxlayıbsa, gecə saat 1-də, 2-də belə əməkdaşlar sahə mülkiyyətçilərinin bir-bir qapısını döyür, onları narahat edir. Adam başa düşmür ki, həyətyanı sahə sahə mülkiyyətçilərinin ümumi əmlakıdır. Bu məsələ Mənzil Məcəlləsinin 35-ci maddəsilə tənqimlənir. Hansı ki, həmin məcəllə, müvafiq qanunlar şirkətin sahibi olan deputat Ağalar Vəliyevin təmsil olunduğu Milli Məclisdə, onun səs verməsi ilə qəbil edilir.

Bundan başqa mülkiyyətçi bir ətək pul verib səndən mənzil alıb ki, ona darğalıq edəsən?"
R.Osmanlının sözlərinə görə, "Kristal Abşeron" həm də inşa etdiyi binalarda mənzil idarəçiliyini qeyri qanuni mənimsəyib, sakinlərin hüquqlarını pozur, toplanan kommunal vəsaitlərlə bağlı sakinlərə hesabat vermir və s. "Bunlar o şirkətin yol verdiyi nöqsanların kiçik bir hissəsidir" - deyə ekspert qeyd edib.

Tarixçi alim Zaur Əliyev "Kristal Abşeron"un inşa etdiyi binada qaldığını bildirib. O qeyd edib ki, binanın keyfiyyəti haqda danışmaq mümkün deyil, olduqca bərbad inşa edilib: "Binalara belə işıqlar keyfiyyətsiz kabellərlə çəkilib. Bir binada nə qədər kabel dəyişmək olar? Şəxsən yaşadığım binada kabellərin dəyişdirilməsinin sayını-hesabını itirmişəm. Bunu birdəfəlik keyfiyyətlisi ilə etmək olmazmı?"

Qeyd edək ki, bundan əvvəlki yazımızda şirkətin sahibi olan deputat Ağalar Vəliyevin parlamentdə "susqun deputatlar"dan biri olması ilə bağlı yazmışdıq. Milli Məclisin rəsmi saytında yerləşdirilən stenoqramlar üzərində apardığımız araşdırmalar nəticəsində məlum olub ki, A.Vəliyev 2020-ci ilin fevralından - növbədənkənar parlament seçkilərində yenidən mandar almasından bəri keçirilən plenar iclaslarda yalnız bir dəfə çıxış edib. O da elə həmin ilin aprelində 2019-cu ilin büdcəsinin icra vəziyyəti müzakirə edilərkən mədhiyyə xarakterli bir çıxış olub.

Onu da bildirək ki, şirkətin rəsmi saytında hazırda 12 layihənin icra edildiyi, indiyədək isə 17 layihənin tamamlandığı bildirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 817   Tarix: 27 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

1 oktyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI

Bakıda sərnişin axınının daha səmərəli bölüşdürülməsi və şəhərin giriş istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə "Avtovağzal" və "Xocəsən" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz edilib. Bu addım xüsusilə Sumqayıt, Xırdalan və Bakı-Şamaxı yolu istiqamətində

30 sentyabr
.

The Guardian: "Süni intellekt maliyyə sisteminə təhlükə yarada bilər"

İngiltərə Bankının rəhbəri Endryu Beyli süni intellekt sahəsində nəzarət mexanizmlərinin saxlanılmasına çağırıb. O bildirib ki, sürətlə inkişaf edən süni intellekt sistemləri maliyyə sabitliyi üçün yeni risklər yarada bilər. The Guardian-a istinadən xəbər verir ki, Beylinin sözlərinə görə, xüsusilə sün

30 sentyabr
.

Oktyabrın ilk günü hava necə olacaq?

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

30 sentyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr