Həbs edilən Vitali Balasanyan və Ermənistan MTX-da dindirilən Artak Beqlaryan Azərbaycana necə təhvil veriləcək? - AÇIQLAMA
Erməni terrorçu, Xocalı qatili Vitali Balasanyan Emənistanda həbs edilib. Qarabağda ləğv olunmuş separatçı rejimin sabiq "rəsmiləri"ndən "dövlət naziri" Artak Beqlaryan isə dindirilmə üçün Ermənistan MTX-ya çağıırılıb. Bu iki cinayətkar Azərbaycana təhvil verilə bilər?
Mövzu ilə bağlı hüquqşunas Şamil Paşayev Sonxeber.az-a bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, vətəndaşlarımıza və dovlətmizin mənafeyinə qarşı cinayət törətmiş şəxslər hər bir halda məsuliyyət daşıyır:
"Ermənistana qaçan Vitali Balasanyan və Artak Beqlaryanın Azərbaycan vətəndaşlarına qarşı törətdiyi cinayətlər sübut olunduğu təqdirdə bizim ölkədə cinayət məsuliyyətinə cəlb edilmələri mümkündür. Faktiki Ermənistanda onlar məsuliyyətə cəlb olunur və hər hansı bir cinayət işi üzrə dindirilirsə, burada baxmaq lazımdır ki, onların vətəndaşlığı nədir. Əgər vətəndaşlıqları yoxdursa yaxud xarici ölkə vətəndaşıdırsa belə olan halda onlar Azərbaycana verilə bilər. Əgər separatçı rejimin adıçəkilən iki lideri Ermənistan vətəndaşıdırsa,
Ermənistan öz vətəndaşını başqa ölkəyə mühakimə olunması üçün verməyəcək. Biz ancaq belə halda beynəlxalq axtarışa verə bilərik".
Hüquqşünasın sözlərinə görə, beynəlxaq axtarışa verməklə həmin şəxslərin Azərbaycana ekstradisiyasını həyata keçirə bilərik:
"Bu isə asan məsələ deyil. Həll olunması biraz çətindir. Beynəlxalq axtarışa verilən şəxslərin tutulub ölkələrə gətirilməsi adətən qarşılıqlı razılaşmalar və həmin ölkələrdən olan müqavilələr əsasında həyata keçirilir. Yuxarıda qeyd etdiyimiz Xocalı qatili Balasanyan və Artak Beqlaryanın Azərbaycanda cinayət işi mövcuddur. Mövcud cinayət işi üzrə isə mühakimə edilə bilərlər. Lakin ölkələr öz vətəndaşlarının mühakimə edilmələri üçün başqa ölkəyə vermirlər. Belə baxanda Ermənistanın bu iki cinayətkarı Azərbaycana verməyi real görünmür. Azərbaycan ancaq həmin şəxslər Ermənistandan kənara çıxdıqları təqdirdə Azərbaycana ekstradisiya edilməsi, tutulub Azərbaycana təhvil verilməsi ilə bağlı işlər görə bilər".
Qeyd edək ki, Balasanyanın cinayətlərindən biri də azərbaycanlı döyüşçü Natiq Qasımovu xüsusi işgəncə və qəddarlıqla qətlə yetirməsidir. Artak Beqlaryan separatçı rejimin ana xəttinin ideyasını verirdi. Eyni zamanda, dünya ictimaiyyətinə təhrif olunmuş məlumatlar yayıb, Zori Balayandan sonra xalqımza qarşı cinayət törədib.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar