Azərbaycanda pandemiyadan zərər çəkmiş şəxslərə dövlət tərəfindən jest edilib
Azərbaycanda 41 sahibkarın banka vaxtı ötmüş kredit borc öhdəliklərini dövlət qarşılayıb.
Bu barədə Sonxeber.az-a Maliyyə Nazirliyi xəbər yayıb.
Məlumata görə, Nazirlər Kabinetinin 9 iyul 2020-ci il tarixli qərarına əsasən, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində 2020-2021-ci illər ərzində kommersiya banklarının sahibkarlara ayırdığı kredit məbləğinin 60%-nə qədər olan hissəsinin qaytarılmasına dövlət zəmanətinin verilməsi nəzərdə tutulub.
Dövlət dəstəyi sayəsində 2628 sahibkara ümumilikdə 499,5 milyon manat kredit ayrılıb ki, onun da 291,6 milyon manat hissəsi dövlət zəmanəti ilə təmin olunub. Maliyyə Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, Fondun isə qeyd olunan banklarla və sahibkarlarla bağladığı sazişlərə uyğun olaraq Nazirlik həmin kreditlər üzrə dövlət zəmanətinin verilməsində zamin tərəf müəyyən olunub.
Dövlət zəmanətli kreditlərin ayrıldığı müddətdən etibarən əsas borc öhdəliyi vaxtında yerinə yetirilmədiyindən Maliyyə Nazirliyi ümumilikdə 7 bank qarşısında zamin tərəf olaraq "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu"nun vəsaiti hesabına 2022-ci ildə 14 sahibkarın əvəzinə 658,2 min manat, 2023-cü ilin 12 ayı ərzində isə 27 sahibkarın əvəzinə 1 531,1 min manat həcmində vəsait ödəyib. Beləliklə, proqramın qüvvədə olduğu iki il ərzində ümumilikdə 41 sahibkarın 2 milyon 189 min 300 manat məbləğində vaxtı ötmüş kredit borc öhdəlikləri dövlət tərəfindən qarşılanıb.
Dövlət zəmanətlərinin verilməsi şərtlərinə uyğun olaraq, Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanəti əsasında sahibkarlıq subyektlərinin əvəzinə banklara ödənilmiş kredit borcunu həmin sahibkarlıq subyektlərindən tələb etmək hüququna malikdir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 737 Tarix: 29 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO
Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay
30 sentyabrMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə
1 oktyabrMüəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü
Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
1 oktyabrSabah leysan yağacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi
1 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabr21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi
2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub
1 oktyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabr