İrəvan Teatrında qalmaqal böyüyür-"O gündən direktorun bizimlə ədavəti başladı, nazirliyin məsələsinə niyə biz baxmalıyıq?"

İrəvan Teatrında qalmaqal böyüyür-"O gündən direktorun bizimlə ədavəti başladı, nazirliyin məsələsinə niyə biz baxmalıyıq?"Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət İrəvan Dram Teatrının aktyorları Anar Bulud və Fərid Vəliyev ərizə yazaraq işdən çıxıblar. Aktyorların teatrdan çıxmasına səbəb isə teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyevin işdən çıxarılması ilə bağlı imza toplanması olub. Moderator.az-a açıqlama verən aktyor Fərid Vəliyev bunları bildirib.
"Bildiyiniz kimi hadisələr, teatrımızın baş rejissoru Sərvər Əliyevlə və teatrımızın direktoru İftixar müəllim arasında başladı. Və münasibətlər getdikcə daha da pisləşdi. Ayın neçəsi olduğu yadımdan çıxıb, bizi işə çağırdılar. İşdə bildik ki, Sərvər Əliyevi teatrdan uzaqlaşdırmaq üçün imza toplanır. Mən qol çəkməkdən imtina etdim və dedim ki, bu məsələyə qarışa bilmərəm. Çünki, mən aktyoram. Mənim işim yaradıcılıq və səhnədir. Qol çəkmədim. Və bir daha bildirdim ki, bu işə nazirlik baxmalıdır. Çünki, baş rejissoru teatra təyin edən nazirlikdir. Bu məsələ onlara aiddir. Daha sonra yenə iclas oldu. İclasda deyildi ki, Sərvər müəllim prezidentə məktub yazıb. Və yenidən teatrda imza toplanmalı olduğunu dedilər. Mən yenə öz mövqeyimdə qaldım və qol çəkməyəcəyimi bildirdim. Bu zaman teatrımızın direktoru İftixar müəllim, dedi ki, "kim qol çəkməsə işdən azad olunacaq". Elə o anda yenə də öz mövqeyimdə qaldığımı və məsələyə qarışmayacağımı bildirdim. Bu zaman İftixar müəllim dedi ki, işdən azadsan. Mən də otaqdan çıxıb evə gəldim. Sabahı gün yenə bizi teatra çağırdılar. Mən çağırılan vaxtdan biraz sonra getdim. Ona görə gec getdim ki, gedim sənətlərimi götürüm. İftixar müəllim gələndə ondan sənədlərimi istədim. Soruşdu ki, nə sənəd? Dedim ki, əmək kitabçası və s. Və bildirdim ki, dünən dediniz ki, imza çəkmədiyim üçün işdən azadam. Bu zaman İftixar müəllim dedi ki, mən elə söz deməmişəm. Bir daha soruşdum ki, axı müəllim dünən siz belə dediniz?! Yenə dedi ki, mən elə bir söz deməmişəm. Və məndə bu zaman öz istəyimlə işdən çıxmaq haqqında ərizə yazdım. Çünki, bu cür qalmaqalın bir parçası olmaq istəmirəm. Ona görə də ərizəmi yazdım. Son olaraq onu demək istəyirəm ki, kaş bu söhbətlərin heç biri olmazdı. Mən Sərvər müəllimi də, İftixar müəllimi də çox istəyirəm. Bir böyük kimi, bir sənət adamı kimi ikisinə də hörmətim var. Amma bu ərizə söhbəti məni bulandırdı" deyə aktyor bildirib.

Öz ərizəsi ilə işdən çıxan digər aktyor Anar Bulud isə bildirib ki, bu qalmaqallar teatrın yaradıcı mühitinə də təsir edib.

"Fəridin dediyi kimi, mən də öz ərizəmi yazıb, işdən ayrılmışam. Səbəb də eynidir, baş rejissor Sərvər Əliyevlə bağlıdır. Bu hadisələr getdikcə böyüdüyü üçün teatrdan çıxdım. Mən aktyoram, qalmaqalda nə işim var? Teatrda yaradıcı mühitdən söhbət belə gedə bilməz. Çünki özünüz də görürsünüz ki, bu qədər qalmaqal var, hansı yaradıcı mühitdən danışa bilərəm?! Bu hadisələr məni çox üzür. Kaş belə olmazdı. Belə bir yerdə qalıb işləmək, mənim psixologiyama təsir edir. Nə vaxt hadisələr öz axarına düşərsə, əvvəlki durumda olarsa, o vaxt da teatra qayıdaram" deyə aktyor bildirib.

Teatrın baş rejissoru Sərvər Əliyev isə saytımıza açıqlamasında hələ işdən çıxmadığını bildirib.

"Fəridlə Anar mənim əleyhimə toplanılan imzadan imtina etdikləri üçün direktor deyib ki, işdən azadsınız. Səbəb isə odur ki, direktorun dediyini etməlisən. Təəssüf ki, o hər zaman rejissorların işinə qarışır. Bunu ondan soruşmaq lazımdır ki, məndən nə istəyir?! Mən Səmərqənd şəhərində onun pyesini tamaşaya hazırlamışdım. Dəvət etdim, gəldi Səmərqəndə, tamaşanın məşqimə baxdı və bəyəndi. Amma "kütləvi səhnəni artırmaq lazımdır" dedi, mən isə onun bu təklifini rədd etdim. Çünki mən artıq 60 gün idi ki, məşq edirdim. Azərbaycan əsəri, ora əlavə paltar, saqqal, bığ lazım olacaqdı, yəni mümkün deyildi. O gündən mənimlə konfliktə başladı. Təəssüf ki, kollektivi mənim əleyhimə qaldırıb. Onlar da haqqımda şər böhtan yazıb Mədəniyyət Nazirinə müraciət ediblər. Bu işlərin arxasında direktor durur. 3 gün öncə yenə kollektivi toplayıb, hamını bir nəfər kimi mənim əleyhimə imza toplamağa məcbur edib. İki gənc aktyor bundan imtina edəndə direktor onlara ərizə yazıb, işdən getməklərini tələb edib. Məsələ ilə bağlı Mədəniyyət Nazirinə, Nazirliyin Maliyyə və İqtisadiyyat, Daxili nəzarət və Audit şöbəsinə müraciət etmişəm. Araşdırma gedir" deyə rejissor bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 643   Tarix: 29 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

30 sentyabr
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdə

1 oktyabr
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

1 oktyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-

1 oktyabr
.

Azərbaycan Hava Yolları daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirib

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı yeni nəsil təyyarələrin ümumi sayı 10-a (8 ədəd "Airbus A320neo" və 2 ədəd "Airbus A321neo") çatıb. Yen

1 oktyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr