"Azərbaycan bu gün beynəlxalq proseslərə istiqamət verən və beynəlxalq aləmdə öz sözün deyən ölkədir" - Deputatla MÜSAHİBƏ

"Azərbaycan bu gün beynəlxalq proseslərə istiqamət verən və beynəlxalq aləmdə öz sözün deyən ölkədir" - Deputatla MÜSAHİBƏSon zamanlar ölkədə baş verən proseslərlə bağlı deputat Tamam Cəfərova Sonxeber.az-ın suallarını cavablandırıb.

-Tamam xanım, Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Bu sərəncamın ölkəmiz üçün nə kimi əhəmiyyəti var?

- Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi Azərbaycanın dünyada baş verən iqlim dəyişiklikləri, qlobal istiləşmə fonunda alternativ yollar axtarılması, yaşadığımız dünyanın qorunub-mühafizə edilməsi istiqamətində irəli sürdüyü mühüm təşəbbüslərdən biridir. Bu addım Azərbaycan dövlətinin dünyada baş verən mühüm proseslərə təsir imkanlarına sahib, təşəbbüskar dövlət olduğunun növbəti təzahürüdür.Eyni zamanda bu Sərəncam ətraf-mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, su ehtiyatlarından səmərəli istifadə olunması, alternativ enerji mənbələrinin axtarılması zərurətinin önəmini özündə ehtiva edir. Bu gün yaşıl enerji mənbələrinin axtarılması və bu sahədə səmərəli tədbirlərin keçirilməsi Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindən biridir. Onu da qeyd edək ki, "Azərbaycan 2030" Milli Prioritetlər sənədində 5 prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edilib.Həmin prioritetin özünün də yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı alt məqsədləri müəyyən edilib. Cənab Prezidentin müvafiq Sərəncamında da qeyd olunur ki, Azərbaycan tərəfindən son illərdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqətin göstərilməsi, eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı aparılan işlər çox yüksək qiymətləndirilir. Onu da qeyd etməliyik ki, ölkə ərazimiz yaşıl enerji mənbələri baxımından önəmli potensiala malikdir. Beləki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması bunun əyani göstəricisidir. Bu baxımdan bir daha vurğulamaq lazımdır ki, dünyada yaşıl enerjidən istifadənin genişləndiyi bir vaxtda Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ölkəmizin qlobal əhəmiyyətli məsələlərdə təşəbbüskar dövlət olduğunu bütün dünyaya nümayiş olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

-Cop-29 un Azərbaycanda keçirilməsinin nə kimi əhəmiyyəti var?

-Beynəlxalq münasibətlər sistemində çətin və mürəkkəb proseslərin getdiyi bir vaxtda ölkəmizin öz mövqeyini gücləndirməsi, həmçinin, geopolitik mərkəzə çevrilməsi Azərbaycanın qlobal siyasi güc olaraq nüfuzunu hər gün daha çox artırır. Dünyanın aparıcı dövlətlərinin Azərbaycanla sıx strateji əlaqələr və əməkdaşlıqlar qurmaqda maraqlı olmaları   bunun bariz nümunəsidir. Bu gün Azərbaycan dünyanın bir çox dövlətləri, aparıcı beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq edir.  Azərbaycan dünyada qlobal təşəbbüslərin və beynəlxalq tədbirlərin təşkilatçısı kimi günü-gündən nüfuzunu daha da artırır. sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. İlk öncə onu qeyd etməliyik ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti olduqca önəmlidir. Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror tədbirlərdən iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi. Antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir.

Bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa da Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Şübhəsiz ki, ölkəmizin qazandığı uğurlarda Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik və uzaqgörən siyasət olduqca mühüm amildir. Qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında, eləcə də, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib. Əminliklə deyə bilərik ki, COP-29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda artan gücünün və nüfuzunun növbəti təzühürü olacaq.

-Tamam xanım, Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib . Bundan sonra, fransız diplomatların Azərbaycana girişi qadağan oluna bilər?

-Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəni, ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsini qəbul edə bilməyən ölkələr hələ də var. Bunların başında isə Fransa gəlir. Fransa keçmiş Minsk qrupunun üzvü olan ölkə kimi 30 il ərzində Ermənistanın mövqeyini kifayət qədər qorumuş, status-kvonun saxlanılması üçün əlindən gələni etmişdir. Hətda tarixi faktlar onu deməyə əsas verir ki, Fransa ermənidən daha çox erməni kimi davanmış, Azərbaycanın əzəli torpaqlarının işğal altında qalmasını təmin etməyə çalışmışdır. Fransanın ölkəmizə qarşı son üç ildə açıq-aşkar zidd mövqedə dayanması və destruktiv siyasət nümayiş etdirməsi şübhəsiz ki, bu ölkənin on illərlə davam edən zəhmətinin hədər getdiyini anlamasından irəli gəlir. Aydın məsələdir ki, Azərbaycanın regionda apardığı konstruktiv siyasət Fransann Cənubi Qafqazla bağlı məkrli siyasətini alt-üst edir. Afrikadakı uğursuzluqdan sonra imperialist siyasətini Cənubi Qafqazda yoxlamağa çalışan Fransa regiona sürətli müdaxilələr etməyə çalışsa da, bütün cəhdləri boşa çıxır. Qeyd etmək lazımdır ki, dünyada nüfuzunu itirən Makronun ölkəsi uğursuz xarici siyasi kursuna görə Afrikada qısa zamanda Niger, Qabon, Mərkəzi Afrika Respublikası, Burkino-Faso və Mali kimi keçmiş müstəmləkələrində sonuncu təsir imkanlarını da itirib, Rusiya-Ukrayna danışıqlarında vasitəçilik cəhdləri ilk başdan rüsvayçılıqla üzləşib.

Cənubi Qafqazdakı siyasi mənzərəni dəyişən Azərbaycan Fransanın regionda möhkəmlənmə planlarını alt-üst edib. Xüsusilə qeyd etməliyik ki, Fransanın Yaxın Şərq, Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazdakı qlobal təhdidə çevrilmiş agentura şəbəkəsinin məhz Azərbaycan xüsusi xidmət orqanları tərəfindən müəyyən edilməsi Fransa-Azərbaycan arasındakı diplomatik krizdə Azərbaycanın açıq üstünlüyünü ortaya qoydu. Bu Fransanın rəsmi Bakı qarşısında rüsvayçı məğlubiyyətidir. Azərbaycan tərəfindən Fransa Səfirliyinin iki əməkdaşının "persona non-grata" elan olunmasından sonra rəsmi Parisin də Azərbaycanın iki diplomatını "persona non-grata" elan etməsi ucuz qisasçılıqdan başqa bir iş deyil. Bütün məkrli siyasətlərindən sonra Xurşidbanu Natəvanın heykəlinə qarşı hörmətsizlik edilməsi qəbuledilməzdir. Xüsusilə də, UNESCO-ya ev sahibliyi edən bir ölkədə mədəni abidəyə qarşı bu hərəkət sözügedən ölkənin mədəniyyətdən xəbərdar olmadığının əyani təzahürüdür. Tarixi vandallıq, soyqırım, şovinzmlə zəngin olan bir ölkənin mədəniyyət abidəsinə qarşı hörmətsizliyi heç də təəccüb doğurmur. Onu da qeyd edək ki, 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-le Ba şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibət bəsləyən qərarına əsasən "Azərbaycan parkı"nın qeyd olunduğu bütün yazılar yığışdırılacaq. Əlbəttə, Fransada siyasi hakimiyyətin antiAzərbaycan mövqeyi iki ölkə arasında münasibətlərə ciddi zərbədir. Makron hökumətinin Azərbaycanın iki diplomatının ölkədən çıxarılması haqqında qərarı isə bir daha Fransanın hadisələrin ardınca süründüyünü sübuta yetirir. O, bu addımı casusluqda ittiham olunan iki fransalı diplomatın ölkəmizdən qovulmasına "cavab addımı" kimi atıb. Fransalı diplomatların qeyri-qanuni fəaliyyəti beynəlxalq səviyyədə sübut olunmuş faktdır. Lakin Fransa hökumətinin diplomatlarımızı nədəsə günahlandırmağa heç bir əsası və dəlili yoxdur. Ona görə də Fransa hökuməti tərəfindən iki diplomatımızın "arzuolunmaz şəxs" elan edilməsi onun zəifliyinin və fakt qarşısında acizliyinin göstəricisidir.Təbidir ki, Fransa regionda sülhün təmin olunmasına əngəl törədən addımlarına davam edərsə Azərbaycan bu ölkə ilə münasibətlərinə yenidən baxmalı ola bilər.

-Böyük qayıdış proqramına əsasən Xankəndi və ətraf ərazilərə vətəndaşlarımız nə vaxt köçürüləcək?

-İşğaldan azad edilmiş bütün regionlarımız kimi Xankəndi sakinləri də öz doğma yurdlarına qayıdacaqlar. Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Dövlətimiz işğaldan azad olunmuş regionları yenidən tikib, qurub sakinlərə təqdim edəcək. Biz o torpaqlara ləyaqətli qayıdışı həyata keçirəcəyik. İnsanlar orada rahat, problemsiz və müasir tələblər çərçivəsində yaşamalıdır. Əminəm ki, bunlar hamısı qısa zamanda baş tutacaq. Şübhəsiz ki, Böyük Qayıdış Xankəndinin məcburi köçkün olan azərbaycanlı əhalisini də əhatə edəcək. Təbii ki, bu məsələdə ən mühüm amil zamandır. Dövlətimiz mümkün olan ən qısa zamanda keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına ləyaqətlə qayıdışını təmin etmək üçün hər şeyi edir. Burada ən mühüm məqam ondan ibarətdir ki, Azərbaycan genişmiqyaslı bərpa-quruculuq işlərini heç bir dövlətdən bir manat yardım olmadan həyata keçirir. Bu isə dövlətimizin iqtisadi gücünün əyani göstəricisidir.

-Tamam xanım, seçkilərdən sonra ölkədə struktur dəyişikliyi gözlənilə bilərmi?

-Cənubi Qafqaz regionunun lider dövləti olan, spesifik inkişaf modeli ilə fərqlənən Azərbaycanda bütün sahələrin tərəqqisini təmin edən mühüm amillərdən biri çoxşaxəli və paralel islahatların həyata keçirilməsidir. Ölkəmizdə uğurla və inamla davam etdirilən islahatlar dinamik tərəqqini sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivləri formalaşdırıb. Bəllidir ki, ötən 20 il ərzində ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Digər tərəfdən, Azərbaycanın dinamik inkişafı, iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin həyata keçirilməsi, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsini, səmərəliliyin yüksəldilməsini, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılmasını zərurətə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Ümumiyyətlə, ölkəmizdə reallaşdırılan struktur islahatları dərin hüquqi və institusional islahatların davamı kimi mühüm əhəmiyyətə malikdir. Şübhəsiz ki, tarixi torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyü və suverenliyimizin tam təmin olunması özündə yeni çağırışları ehtiva edir. Əlbəttə, burada regionda və dünyada baş verən mürəkkəb siyasi, iqtisadi proseslərin də mühüm rolu vardır. Bu baxımdan deyə bilərik ki, növbədənkənar prezident seçkilərindən sonra da ölkədə davam edən islahatlar dalğasının davam edəcəyi istisna edilmir.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 689   Tarix: 29 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhaliyə XƏBƏRDARLIQ - Bu ərazilərdə 2 gün SU OLMAYACAQ

22 fevral saat 22:00-dan, 24 fevral gecə saatlarınadək Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə suyun verilməsində fasilə yaranacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib. Məlumata görə, fasiləyə səbəb magistral su kəmərinin qəzalı hissəsini

20 fevral
.

Müəllimin oruc tutan şagirdlərin valideynlərinə göndərdiyi mesaj sosial mediada gündəm oldu - FOTO

Bir müəllim oruc tutan şagirdlərin valideynlərinə mesaj göndərib. Sosial mediada yayılan bu mesaj böyük müzakirələrə yol açıb. türk mediasına siatinadən xəbər verir ki, bəzi istifadəçilər müəllimin düzgün yanaşma göstərdiyini bildirərkən, digər tərəf isə "Ən böyük səhv belə müəllimlərə uşaqlar

20 fevral
.

Hansı hallarda məhkəməyə müraciət etmədən məsələni hüquqi yolla həll etmək mümkündür? - AÇIQLAMA

Cəmiyyətdə geniş yayılmış düşüncələrdən biri budur ki, hüquqi problem yaranan kimi yeganə çıxış yolu məhkəməyə müraciət etməkdir. Halbuki Azərbaycan qanunvericiliyi bir çox hallarda mübahisələrin məhkəməyə getmədən, daha sürətli və daha az xərcli üsullarla həllini mümkün hesab edir. Bəs görəsən hans

19 fevral
.

Müğənni Dəniz Əsədovaya ittiham elan edildi

Amnistiya aktı ilə azadlığa buraxılan müğənni Dəniz Əsədovaya ittiham elan edilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə ona qarşı Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-c

19 fevral
.

"Veysəloğlu"nun sponsorluğu ilə ərsəyə gələn "Naxçıvan Maarifi" sənədli-bədii filminin təqdimatı keçirilib

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında "Veysəloğlu"nun sponsorluğu ilə ərsəyə gələn "Naxçıvan Maarifi" sənədli-bədii filminin təqdimatı keçirilib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidləri

19 fevral
.

Meyxanaçı Samirənin müğənni qızı saxlanıldı

Meyxanaçı Samirənin müğənni qızı Fərəh Samirəqızı saxlanılıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Bildirilib ki, Fərəh Samirəqızı sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb. O, yaxın saatlarda məhkəmə qarşısına çıxarılacaq. Bildirilib ki, müğənninin sosia

20 fevral
.

Xidməti vəzifəsini yerinə yetirərkən faciəli şəkildə ölən FHN əməkdaşının fotosu

21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı faciəli hadisə baş verib. "Unikal"ın məlumatıa görə, xidməti vəzifəsini yerinə yetirərkən avtomobil vurması nəticəsində FHN-nin əməkdaşı, Neftçala rayon sakin

21 fevral
.

Qadınlar üçün müddətdən artıq həqiqi hərbi xidmət 3 ildən 6 ayadək azaldılacaq

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul ediləndə qadınlarla bağlanan ilkin bağlaşma müddəti 3 ildən 6 ayadək azaldılacaq. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə"

20 fevral
.

Xalq artisti: "Xəstəyəm, danışa bilmirəm"

Uzun zamandır ki, xəstəxanada müalicə olunan Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev vəziyyətini açıqlayıb. Rasim Balayev Qaynarinfo-ya açıqlamasında danışa bilmədiyini bildirib:. "Xəstəyəm, danışa bilmirəm. Yatıram, çox halsızam". Qeyd edək ki, Xalq artist

19 fevral