2023-cü il və Qarabağ: Separatçılığın məhvi, Azərbaycanın çəkindirmə aktı - TƏHLİL

2023-cü il və Qarabağ: Separatçılığın məhvi, Azərbaycanın çəkindirmə aktı - TƏHLİLAzərbaycanın 2023-cü ildə Ermənistan və onun himayədarları üzərində əldə etdiyi həlledici üstünlükləri aşağıdakı mərhələlərə bölmək olar:

- Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması,

- Qarabağa gizli və geosiyasi gündəliklə gəlmiş milyarder Ruben Vardanyanın neytrallaşdırılması,

- Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin erməni sakinlərə çatdırılmasını təmin etmək üçün əldə edilən razılıq,

- Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirləri, separatçılığın məhvinə nail olması, suverenliyini bərpa etməsi və onun geosiyasi nəticələri,

- Bakının Ruben Vardanyan və vaxtı ilə Qarabağda separatçılıq fəaliyyətinin başında dayanan şəxsləri saxlayaraq həbs etməsi.

Bunlar regionda fərqli dövr açıb geosiyasi oyunu Ermənistanın xeyrinə dəyişməyə yönəlmiş cəhdlərə qarşı Azərbaycanın sərt zərbəsi oldu.

Azərbaycanın Qarabağda erməni separatçılara qarşı uğurlu əməliyyatı Qafqazın geosiyasətinə də təsir edir.

Bu, Ermənistan üzərində nəzarət qurub regiona müdaxilə etmək istəyənlərin əlindəkiləri itirməsi ilə nəticələnir.

Deməli, 2023-cü il Azərbaycanın regionda strateji üstünlüklərlə yeni dövrün başlanğıcına qədəm qoyması ilə yadda qaldı.
Bu, regionun gələcək arxitekturasının rifah, sülh və təhlükəsizlik qaydalarına uyğun qurulmasına əhəmiyyətli töhfədir.

Halbuki, 2023-cü ildə Azərbaycan antiterror tədbirlərinə günbəgün yaxınlaşdıqca Qərbdəki dairələr humanitar şou yaradaraq Ermənistana dəstək göstərirdilər.

Hətta yük maşınlarını Ermənistanın Laçınla sərhədindən Azərbaycan ərazilərinə daxil edib humanitar siyasət adı altında Bakı əleyhinə regional gərginlik yaratmaq istəyirdilər.

Təbii ki, "Laçın" sərhəd-buraxılış məntəqəsindən qanunsuz keçiddən söhbət gedə bilməzdi, bəlkə də, bu şou ilə Azərbaycanı təxribata çəkib onun humanitar yüklərə atəş açmasına nail olmağa çalışırdılar.

Amma bütün bu planlar fiaskoya uğradı və Azərbaycan hərbi-strateji üstünlüklərinin dozasını çoxaldaraq bunu çəkindirmə aktına çevirməyi bacardı.

Əlqərəz, Azərbaycanın 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzur regionlarındakı nailiyyətlərinin davamının gəlməsi Bakının həm geosiyasi, həm də regional və qlobal layihələrdəki sabitlik indeksi üzrə yerini yüksəldir.

Azərbaycanın yeri onun geosiyasi keçidləri genişləndirməsi və yaranmış reallıqları fürsətlərə çevirmək baxımından xeyli faydalı olacaq.

Mənbə: Oxu.Az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 876   Tarix: 30 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Təhsil proqramları hər bir dövlətin strateji inkişaf yolunda əsas alətlərdən biridir" - DEPUTAT

"Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunun inkişaf etdirilməsidir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişa

18 iyun
.

Səfir: "Almaniyada bu il Azərbaycan Prezidentinin səfərinə ümid edirlər"

"Almaniya ümid edir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Berlinə rəsmi səfər edəcək". "Report"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib. "Prezident Əliyevi Almaniyaya dəvət ediblər. Bi

15 iyun
.

Prezident dövlət agentliyi ilə Esvatininin dövlət qurumu arasında memorandumu təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşm

30 iyun
.

Azərbaycan xalqının xilaskarı - Heydər Əliyev

Ölkəmizin qədim və zəngin dövlətçilik tarixi və ənənələri XX əsrin sonunda ikinci dəfə müstəqil Azərbaycan dövlətinin qurulmasına bəslənilən daxili və xarici inamı artıran əsas amillərdən biri idi. Lakin müstəqillik qazanıldıqdan sonra gözlənilən dövlət quruculuğu prosesi ciddi problemlər və çətinliklərl

8 iyun
.

Qırğızıstan və Azərbaycan birgə fondun kapitalının 100 milyon dollara çatdırılması üçün layihələr hazırlayıb - EKSKLÜZİV

Bakı və Bişkək Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalını 100 milyon ABŞ dollarına qədər artırmaq üçün layihələr portfeli formalaşdırıb. Bu barədə "Report"a Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və bizne

25 iyun
.

"Azərbaycanın zəngin tarixi, ədəbiyyatı, musiqisi, incəsənəti müasir təqdimat üsulları ilə yeni nəsillərə çatdırılmalıdır" - AÇIQLAMA

"Son illərdə dünyada informasiya müharibələrinin, ideoloji təsir vasitələrinin və qlobal media platformalarının təsir imkanlarının artdığı bir şəraitdə elmi-kütləvi, mədəni-maarif və təhsil yönümlü proqramların hazırlanması hər bir dövlət üçün strateji əhəmiyyət daşıyan məsələlərdən birinə çevrilib

8 iyun
.

"Gənclər bilməlidirlər ki, müstəqillik təkcə əldə edilən deyil, həm də qorunub saxlanılan dəyərdir" - AÇIQLAMA

"15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin taleyini müəyyən edən ən mühüm tarixi mərhələlərdən biridir. Məhz 1993-cü ilin iyununda ölkədə dərin siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət idarəçiliyində yaranmış xaos fonunda xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevi

9 iyun
.

Bu institut ləğv edilir

"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakımənzilkommunlayihə" Layihə İnstitutunun ləğv edilməsi ilə bağlı zəruri tədbirlə

10 iyun
.

"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA

Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin

18 iyun