Ölkəni Qış Paralimpiadasında təmsil edən ilk azərbaycanlı: "Oyundan qayıdanda ulu öndərlə görüşdük"

Ölkəni Qış Paralimpiadasında təmsil edən ilk azərbaycanlı: "Oyundan qayıdanda ulu öndərlə görüşdük""Ulu öndərimizin dəyərli tövsiyələri həmişə idmançılarımızın qələbə əzmini yüksəldib, onlarda nikbin əhvali-ruhiyyə yaradıb və nəticədə Paralimpiya Oyunlarında qələbələrimizin əsası qoyulub".

Bunu Oxu.Az-a müsahibəsində Azərbaycanı Qış Paralimpiadasında təmsil edən ilk azərbaycanlı Mehman Ramazanzadə deyib. Onunla müsahibəni təqdim edirik:

Pauerliftinqçi, dağ xizəyi üzrə idmançımız Mehman Ramazanzadə müxtəlif illərdə - 2000, 2008 və 2022-ci illərdə keçirilən paralimpiadalarda ölkəmizi layiqincə təmsil edib.

- Bildiyim qədər, Paralimpiada qış idman növlərindən kross-kantri növünün "sprint" kateqoriyasında çıxış etmişdiniz, elədirmi?

- Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə milli komandasının üzvüyəm. Bəli, Azərbaycan Paralimpiya tarixində ilk dəfə olaraq 2022-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən 13-cü Qış Paralimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edən ilk azərbaycanlı kimi tarixə düşmüşəm. Bundan başqa, pauerliftinq, paravelosiped, kross-kantri növünün "sprint" kateqoriyası idman növləri üzrə peşəkar fəaliyyət göstərirəm.

- Ulu öndər ilə görüşünüzdən ziyadə, ölkə başçısı İlham Əliyevin də 2021-ci ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə təltif etdiyi idmançılardansınız.

- Doğrudur. Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə əməkdaşların təltif edilməsi haqqında sərəncam imzalamışdı. Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif edilən şəxslər arasında öz adımı görmək də məni çox sevindirmişdi. Ölkə başçısının sərəncamına əsasən, "Tərəqqi" medalı ilə təltif edildim.

- Ulu öndər ilə görüşünüz yarışdan öncə, yoxsa sonra baş tutmuşdu?

- Ümummilli liderin qayğısını hər zaman hiss etmişik. Yadıma gəlir, bizimlə iki dəfə görüşüb, təbrik etmişdi. İlk dəfə 1996-cı ilin avqust ayında Atlantaya yola düşməzdən əvvəl ulu öndər Heydər Əliyev bizi qəbul etdi. Həm həyəcanlı, həm də sevincli bir görüş idi. Ulu öndər bütün idmançılara bir-bir yaxınlaşır, yarışqabağı hər biriylə ayrıca maraqlanırdı.

Ulu öndərlə növbəti görüşümüz Paralimpiya Oyunlarından qayıdanda oldu. Orada işlətdiyi bir fikir indi də qulaqlarımda səslənir. O dedi ki, Paralimpiya Oyunlarında iştirak özü böyük bir nailiyyətdir, orada iştirak edib yer qazanmaq isə ikiqat nailiyyətdir. Bu fikirlər bir paralimpiyaçının çəkdiyi əziyyətin qiymətləndirilməsinin bariz nümunəsidir. Dahi şəxsiyyətin bu görüşlər zamanı söylədiyi fikirlər indi də öz aktuallığını və əhəmiyyətini itirməyib. Ulu öndərimizin dəyərli tövsiyələri həmişə idmançılarımızın qələbə əzmini yüksəldib, onlarda nikbin əhvali-ruhiyyə yaradıb və nəticədə Paralimpiya Oyunlarında qələbələrimizin əsası qoyulub.

- İdmançı olaraq sizə nə motivasiya verir?

- Prezident İlham Əliyevin bütün sahələrə olduğu kimi, idman sahəsinə də xüsusi diqqəti və qayğısı sayəsində bu gün Azərbaycan idman ölkəsinə çevrilib. Vətənimizin mütəmadi olaraq dünya və Avropa çempionatlarına, nüfuzlu beynəlxalq turnirlərə, yarışlara ev sahibliyi etməsi həm də bu sahənin inkişafına ciddi təkan verib. Nəticədə istər paytaxtda, istərsə də regionlarımızda idman kütləviləşir, yeniyetmələrimiz idmana cəlb olunurlar. Bu gün digər idman növlərində mübarizə aparan idmançılarımız kimi, paralimpiyaçılarımız da beynəlxalq yarışlarda öz sözlərini deyir, üçrəngli bayrağımızı qürurla dalğalandırırlar. Bu da insana əlavə motivasiya verir.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 756   Tarix: 31 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib

İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk

16 sentyabr
.

Avropa Liqasında ilk turun oyunları başa çatdı

UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis

18 sentyabr
.

Lionel Messi karyerasında 930-cu qolunu vurub

Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab

21 sentyabr
.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr
.

"Sabah" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra

14 sentyabr
.

Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?

Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli

18 sentyabr
.

Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər

Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd

13 sentyabr
.

2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlandı

"Formula 1" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan Qran-prisi sentyabrı

16 sentyabr
.

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27

21 sentyabr