"Neftçi İdman Klubu" 2023-cü ili yüksək nəticələrlə başa vurur

"Neftçi İdman Klubu" 2023-cü ili yüksək nəticələrlə başa vururAzərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində bu gün Azərbaycan idmanı yüksək inkişaf səviyyəsinə çatıb.

Azərbaycan idmançılarının nüfuzlu beynəlxalq idman yarışlarında qazandıqları nailiyyətlər, həmçinin dünya miqyaslı mötəbər tədbirlərin respublikamızda uğurla keçirilməsi bunun bariz göstəricisidir.

"Neftçi" İdman Klubu bu sahədə dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edir və 2023-cü ildə də öz işini uğurla davam etdirib.

Yola saldığımız ildə "Neftçi" İdman Klubunun istifadəsində olan dörd idman qurğusunda: Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksi, Qaradağ Təlim-İdman Bazası, Məşəl İdman Kompleksi və Sumqayıt Təlim-İdman Zalında idmanın 26 növü üzrə bölmələrdə 105 peşəkar məşqçi-müəllimin rəhbərliyi ilə 2000-dən çox yeniyetmə və gənc, eləcə də yüzlərlə neftçi idmanla məşğul olub.

2023-cü ildə "Neftçi" İdman Klubu tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol, qadınlar və kişilər arasında voleybol, səmti müəyyənetmə, üzgüçülük, stolüstü tennis turnirləri təşkil olunub. Bundan əlavə, 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş dama, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Atam, anam və mən" turizm, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri keçirilib ki, bu yarışlarda yüzlərlə neftçi iştirak edib.
2023-cü il ərzində klubun təmsilçiləri yeniyetmə və gənclər, eləcə də böyüklər arasında Avropa, dünya çempionatlarında, həmçinin digər nüfuzlu beynəlxalq turnirlərdə, respublika və paytaxt miqyaslı yarışlarda, digər idman klubları və mərkəzlərinin açıq birinciliklərində yüksək nəticələr əldə ediblər. Ümumilikdə bu yarışlarda 997 medala sahib olan idmançılarımızın 347-si qızıl, 277-si gümüş, 373-ü isə bürünc medala layiq görülüb.

2023-cü ildə ən böyük uğura klubun güləşçiləri və cüdoçuları imza atıblar, dünya və Avropa çempionatlarında böyük əzmkarlıq göstərərək tarixi nailiyyətlər qazanıblar.

"Neftçi" İdman Klubunun üzvləri, həmçinin boks, muay-tay, karate, güllə atıcılığı, şahmat, ağırlıqqaldırma yarışlarında yüksək nəticələrə imza atıblar. İl ərzində paralimpiyaçılarımız da üzgüçülük, cüdo, para güllə atıcılığı, parataekvondo yarışlarında uğurla çıxış ediblər.

Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən 2023-cü ilin idman yekunlarına həsr olunmuş "İlin idman yekunları" adlı tədbirdə klubun idmançıları müxtəlif nominasiyalar üzrə ilin qalibləri elan ediliblər.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 700   Tarix: 31 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib

İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk

16 sentyabr
.

Avropa Liqasında ilk turun oyunları başa çatdı

UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis

18 sentyabr
.

Lionel Messi karyerasında 930-cu qolunu vurub

Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab

21 sentyabr
.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr
.

"Sabah" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra

14 sentyabr
.

Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?

Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli

18 sentyabr
.

Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər

Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd

13 sentyabr
.

2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlandı

"Formula 1" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan Qran-prisi sentyabrı

16 sentyabr
.

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27

21 sentyabr