Türkiyə Superkubokunun Xankəndidə keçirilməsi mümkündür? - AFFA-dan açıqlama
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməli olan Türkiyə Superkubokunun "Qalatasaray" – "Fənərbağça" final oyunu üçün Azərbaycan sosial şəbəkələrində kampaniya başladılıb.
Azərbaycan əsilli türkiyəli siyasətçi Sinan Oğanın Xankəndidə oyunun keçirilməsi ilə bağlı təklifindən sonra sosial media fəalları qardaş ölkənin final matçının Bakıda baş tutmasını istəyirlər.
Məsələ ilə bağlı Prosport.Az-a danışan AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli bildirib ki, bu ilin yay aylarında Türkiyə Futbol Federasiyasının ovaxtkı baş katibi Superkubok oyunu ilə əlaqədar onlarla əlaqə saxlamışdı:
"O bildirdi ki, Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı variantı da var, ümumiyyətlə, oyun Azərbaycanda keçirilsə, buna necə baxarsınız? Bizim də cavabımız belə oldu ki, təbii ki, müsbət. Maliyyə məsələləri həmin söhbət əsasında müzakirə olunmayıb. Türkiyə Futbol Federasiyasının sabiq baş katibi danışıq əsasında bildirdi ki, hələ oyuna çox var, matç yanvarda olacaq, lazım gələrsə, yenidən sizə müraciət edəcəyik. Türkiyə tərəfi ilə danışıqlar yalnız bundan ibarət olub. Bundan sonra bu məsələ ilə bağlı bizimlə əlaqə saxlanılmayıb".
Yenidən müraciət ehtimalı ilə bağlı suala E.Məmmədlinin cavabı belə oldu:
"İlk növbədə klubların təqviminə baxmaq lazımdır. Ümumiyyətlə, bu oyun nə vaxt keçiriləcək, hələ məlum deyil. Bütün bu məsələlər təbii ki, müzakirə olunmalıdır. Xankəndi məsələsi isə ölkə rəhbərliyi səviyyəsində qəbul edilən qərardır".
Xatırladaq ki, dünən sözügedən matç ləğv edilib. Buna səbəb kimi Səudiyyə Ərəbistanının hər iki komandaya Türkiyə Respublikasının 100 illiyi ilə bağlı Atatürkə dair pankarta, formaya və İstiqlal Marşının oxunmasına qoyulan qadağası göstərilir. Bu qadağadan sonra hər iki komanda vahid qərar qəbul edərək Türkiyəyə qayıtmaq qərarı verib. Nəticədə Səudiyyə Ərəbistanındakı Superkubok matçı ləğv edilib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1043 Tarix: 31 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bolonya" baş məşqçi postuna Rafaele Palladinonu gətirib
İtaliyanın "Bolonya" klubu baş məşqçi vəzifəsinə Raffaele Palladinonu təyin edib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Xatırladaq ki, "Bolonya" daha əvvəl sabiq baş məşqçisi Domeniko Tedesk
16 sentyabrAvropa Liqasında ilk turun oyunları başa çatdı
UEFA Avropa Liqasında əsas mərhələnin ilk turunun oyunları başa çatıb. İlk turda 9 qarşılaşma keçirilib. xarici mediaya istinadla xəbər verir ki, gecənin diqqətçəkən oyunlarından birində Türkiyənin "Beşiktaş" komandası İstanbulda Fransa təmsilçisi "Marsel"i qəbul edib. İstanbul təmsilçis
18 sentyabrLionel Messi karyerasında 930-cu qolunu vurub
Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab
21 sentyabrPSJ Mbappedən 60 min avro təzminat alacaq
"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl
16 sentyabr"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabrNəriman niyə bu dəfə milliyə dəvət edilmədi?
Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli
18 sentyabrMbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər
Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd
13 sentyabrAzərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından məlumat verilib. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27
21 sentyabr