Sudandakı Çevik Dəstək Qüvvələri döyüşləri şərtsiz dayandırmağa hazır olduğunu bildirib

Sudandakı Çevik Dəstək Qüvvələri döyüşləri şərtsiz dayandırmağa hazır olduğunu bildiribSudan Demokratik Mülki Qüvvələr Koordinasiyasının (DSGK) sədri, Sudanın keçmiş Baş naziri Abdullah Hamduk və Çevik Dəstək Qüvvələrinin (HDK) komandiri Muhammed Hamdan Dagalu Efiopiyanın paytaxtı Əddis-Əbəbədə iki günlük görüşdən sonra mətbuat konfransı keçirərək birgə bəyanat imzalayıblar.

Bəyannamədə hərbi əməliyyatların dayandırılması, humanitar yardımların çatdırılması, mülki əhalinin müdafiəsi, müharibənin yekunlaşdırılması və dövlətin qurulması kimi məsələlər öz əksini tapıb.

Bəyannamədə DSGK və HDK-nın müharibəni bitirməkdə qərarlı olduğu vurğulanıb və HDK-nın ordu ilə birbaşa danışıqlar vasitəsilə dərhal və qeyd-şərtsiz döyüşləri dayandırmağa tam hazır olduğu ifadə edilib.

Həmçinin HDK xoşməramlılıq əlaməti olaraq 451 məhbusu azad edəcəyini və nəzarəti altında olan bölgələrdə mülki şəxslər üçün təhlükəsiz dəhlizlər açacağını vəd edib.

Ölkədəki bütün pozuntulara nəzarət edəcək və məsuliyyət daşıyanları müəyyənləşdirəcək müstəqil milli komitənin yaradılmasını nəzərdə tutan bəyannamədə devrilmiş prezident Ömər əl-Bəşirin partiyası və İslam Hərəkatı Milli Konqresindən başqa, geniş iştirakla mülki şəxslərin rəhbərlik etdiyi siyasi prosesin başlanması da yer alıb. DSGK-nın bəyannamənin maddələrini sülh yolu ilə həllə nail olmaq üçün əsas kimi ordu komandanlığına təqdim edəcəyi bildirilib.

Siyasi partiyaların və vətəndaş təşkilatlarının daxil olduğu DSGK ölkədə davam edən müharibəyə son qoymaq üçün mülki vətəndaşları birləşdirmək üçün yaradılıb.

Ordu komandanı general Əbdülfəttah əl-Burhan və HDK komandiri Dagalunun Şərqi Afrikada İnkişaf üzrə Hökumətlərarası Təşkilatın (IGAD) vasitəçiliyi ilə yanvarın 4-də Cibutidə görüşəcəyi gözlənilir.

Xatırladaq ki, ötən ilin aprel ayında Suveren Şuranın sədri olan ordu başçısı Əbdülfəttah əl-Burhan ilə HDK komandiri Muhammed Hamdan Dagalu arasında fikir ayrılığı səbəbindən Sudanda vəziyyət gərginləşib. Onların arasında əsas ziddiyyətlər vahid silahlı qüvvələrin formalaşdırılması vaxtı və ordunun baş komandanının kim olacağı ilə bağlıdır. Aprelin 15-də Merove hərbi bazası yaxınlığında və paytaxt Xartumda iki struktur arasında toqquşmalar başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, münaqişə zamanı 12,5 mindən çox insan ölüb, 24,7 milyon nəfər humanitar böhranla üzləşib, 1,45 milyondan çox sudanlı isə ölkəni tərk etmək məcburiyyətində qalıb.

Tərəflər Ciddədə bir sıra məsləhətləşmələr keçirib. Ordu ilə xüsusi təyinatlılar arasında bir neçə dəfə atəşkəs elan edilsə də, əldə olunan razılaşmalar tam yerinə yetirilməyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 697   Tarix: 03 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

1 oktyabr
.

Pentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı

ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi

29 sentyabr
.

Moldovada PUA partlayıb

Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy

30 sentyabr
.

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirir

ABŞ Kubaya qarşı sanksiyaları bir daha sərtləşdirərək ada dövləti və onun özəl sektoru ilə maliyyə əməliyyatlarına əlavə məhdudiyyətlər tətbiq edib. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib. ABŞ hakimiyyəti təhlükəsizlik qüvvələri və Grupo de Administración Empresaria

30 sentyabr
.

Rusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutunu vurdu

Rusiya Kiyevdəki Nüvə Tədqiqatları İnstitutunun ərazisinə PUA zərbəsi endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Hücum dünən axşam edilib və zərbədən sonra başlayan yanğın dərhal söndürülüb. Qeyd edək ki, Nüvə Tədqiqatları İnstitutunun ərasində VVR-M tədqiqat reaktoru yerləşi

1 oktyabr
.

Rusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba

30 sentyabr
.

Netanyahu: "Flydubai"nin pilotu həbs olunub, Səudiyyə Ərəbistanı onu dindirir

"Flydubai" aviaşirkətinin Dubaydan Təl-Əvivə uçan təyyarədə pilotlardan biri işçi heyəti bıçaqla təhdid edib. "Ynet"in xəbərinə görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində deyib. "Mən israilli sərnişinlərin biri ilə danışmışam. O, mənə dedi ki, pilot kabinəsin

30 sentyabr
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir

1 oktyabr
.

The Guardian: "ABŞ-da hakim televiziya kanalına qarşı cinayət işi başlatmağa çalışıb"

ABŞ-ın Luiziana ştatında bir hakim onun daşınmaz əmlak sövdələşməsi barədə yayımlanan araşdırmadan sonra televiziya kanalından şikayət edib. The Guardian yazır ki, hakim Kimya Holmes yerli CBS filialı WWL Louisiana barədə polisə müraciət edib. Mübahisə jurnalist David Hammerin hakimlə bağlı apardığ

30 sentyabr