ATV-də "SƏHNƏ" açılır – İncə zövqlü tamaşaçılar üçün yeni layihə - VİDEO

ATV-də "SƏHNƏ" açılır – İncə zövqlü tamaşaçılar üçün yeni layihə - VİDEOSənət xiridarlarının səbirsizliklə gözlədiyi, teatr sənətinə həsr olunan və tam fərqli bir üslubda hazırlanan "Səhnə" adlı layihə yanvarın 6-da, saat 22-də, ATV telekanalında yayımlanacaq.

Sonxeber.az xəbər verir ki, həyat gerçəkliklərini əks etdirən səhnə ilə, teatrla bağlı bir çox televiziya layihələri olub.

Lakin "Səhnə" layihəsi tam fərqli yanaşmada tamaşaçıların mühakiməsinə veriləcək. Səhnə və kulis, yaradıcılıq axtarışları, səhnə korifeylərimizin həyat və sənət dünyası, eyni zamanda, Azərbaycan teatrının keçdiyi tarixi yol, milli teatrımızın inkişaf mərhələləri kimi məqamlar yeni layihənin əsas hədəflərindəndir.

Maraqlı məqamlardan biri də odur ki, layihənin ideya müəllifi və rəhbəri də, verilişin aparıcısı da məhz sənət dünyasının məşhur simalarıdır. Belə ki, layihənin rəhbəri tanınmış teatr rejissoru, prodüser Ələkbər Tağızadə, aparıcısı isə Xalq artisti Fəxrəddin Manafovdur.

Qloballaşma, internet və özündə milyonlarla informasiya daşıyan sosial şəbəkələr, bayağı kontentlər hərdən insanlarda əsil sənət və sənətkar kriteriyalarını elə aşındırır ki, bəzən mənəvi qida təlabatı belə arxa plana keçir. Eləcə də, sənətlə bağlı fikir mübadilələri, mübahisələr, düşüncələr, axtarışlar da müasir insanın gündəmindən çıxır.

Məhz belə bir dönəmdə tamaşaçılara təqdim olunacaq "Səhnə" telelayihəsi teatrımızın keçmiş şöhrətini özünə qaytarmaqla yanaşı, əsil sənət xiridarı olan yüksək zövqlü tamaşaçı da formalaşdırmağa çalışacaq. Bir sözlə, bir-birindən maraqlı sənət hekayələrini izləmək istəyirsinizsə, yanvarın 6-da, saat 22-də ATV kanalında "Səhnə"yə baxın.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 771   Tarix: 04 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Professor Qayıbverdi İsgəndərov "Sonar Farm"la bağlı yeni detalları açıqladı - 5 aptek və depo məsələsi

Son günlər "Sonar Farm" dərman şirkəti ətrafında yaranmış mübahisə və qarşılıqlı iddialar gündəmdədir. Məsələ ilə bağlı professor Qayıbverdi İsgəndərov da açıqlama verərək şirkət və ona bağlı obyektlərin mülkiyyət məsələsinə aydınlıq gətirib. Professorun sözlərinə görə, söhbət yalnız "Sona

30 sentyabr
.

Kürdəmirdə toyda zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 89 nəfərə çatıb. Qaynarinfo xəbər verir ki, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyət

1 oktyabr
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanmas

1 oktyabr
.

Həmin məktəbin bufetinin fəaliyyəti məhdudlaşdırıldı - Fotolar

Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. "Qafqazinfo" xəbər verir ki, şagirdlərin qida məhsulunu alaraq istehla

1 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Füzuli Rayon Mərkəzi Xəstəxanasında insident törədən 24 yaşlı Məhəbbət Talıbov barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 127 və 221-ci maddələri üzrə ittiham edilib. Bildirilib ki, Böyük Bəhmənli kənd sakin

30 sentyabr