Azərbaycanlı tələbəyə işgəncə verən mafiya üzvlərinə 203 il iş istənildi
Ötən il Türkiyədə azərbaycanlı tələbə Ali Safa K.-ya (şərti ad) işgəncə verən narkotik mafiyasının üzvlərinə 203 il həbs cəzası istənilib.
Qaynarinfo-nun məlumatına görə, Əli Safaya işgəncə verdiyinə görə saxlanılan 6 nəfər barəsində ittiham aktı hazırlanıb.
İddianamədə məhbus şübhəlilər - 49 yaşlı Ayhan Küçükdere, 24 yaşlı oğlu Səməd Küçükdere, 25 yaşlı Mehmet Can Arslaner və ev dustaqlığında olan 35 yaşlı H.C., 39 yaşlı Y.A.-nın hər birinə 14 il, 35 yaşlı F.O.-ya 5 il, ümumilikdə isə 203 il müddətinə azadlıqdan məhrumetmə cəzası istənilib.
Cinayət İşi Zonquldak 3-cü Ağır Cəza Məhkəməsinə göndərilib. 6 müttəhim yaxın günlərdə sözügedən məhkəmədə hakim qarşısına çıxarılacaq.
Qeyd edək ki, Ali Safa K. mafiyaya məxsus silahı Zonquldak Bülent Ecevit Universitetinin ərazidəsində itirib. Polislər silahı tapdıqdan sonra Ali Safa K.-nı axtarmağa başlayıblar.
O, mafiyanı təhlükəyə atdığına görə evdə işgəncəyə məruz qalıb. Qaşıqla cinsi istismara məruz qalan Ali Safa K. öldürülmək üçün kimsəsiz yerə aparılarkən qaçıb və polisə sığınıb. Onları ifşa edən və 1,5 ay işgəncələrə məruz qalan 24 yaşlı Ali Safa K. mafiyanın bütün əlaqələri haqqında polisə məlumatlar çatdırıb. Polis əməliyyat keçirərək onları saxlayıb.
Hadisədən sonra Əli S.K. polis qruplarının müşayiəti ilə doğulduğu Azərbaycana göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1539 Tarix: 05 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəbələdə meşədə üzərinə ağac düşən şəxs ölüb
Qəbələdə meşədə üzərinə ağac düşən şəxs ölüb. report-a istinadən xəbər verir ki, hadisə rayonun Vəndam kəndində, meşəlik ərazidə baş verib. 1970-ci il təvəllüdlü Nəriman Həbillah oğlu Bayramov meşədə olarkən üzərinə ağac düşməsi nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır
22 dekabrSəkidə uzanaraq qışqıran qadın polisi görəndə qaçmağa cəhd etdi - VIDEO
Türkiyənin Aksaray şəhərində səkidə uzanaraq uzun müddət qışqıran və ətrafdakı vətəndaşların kömək cəhdlərini rədd edən gənc qadın, hadisə yerinə gələn polis əməkdaşlarını gördükdə qaçmağa çalışıb. türk mediasına istinadən xəbər verir ki, hadisə Coğlaki məhəlləsində, Kılıçaslan Parkının giriş hissəsind
25 dekabrİki gündür itkin düşən 56 yaşlı kişinin yanmış meyiti tapılıb - VİDEO
Türkiyənin Niğdə şəhərində iki gündür özündən xəbər alınmayan 56 yaşlı Ali Andaçdan acı xəbər gəlib. türk mediasına istinadən xəbər verir ki, itkin kimi axtarılan kişinin boş bir ərazidə yanmış vəziyyətdə cansız bədəni tapılıb. Hadisə Kayardı Bağları, Titreyen Çayırı ərazisində baş verib. Ərazidə yanmı
25 dekabrGöyçayda iki ev birdən yandı - Fotolar
Göyçayda yanğın hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə axşam saatlarında rayonun Füzuli küçəsində qeydə alınıb. Yanğın nəticəsində iki evə ciddi ziyan dəyib. Belə ki, rayon sakinləri - 1977-ci il təvəllüdlü Elnur İsmayılov və 1955-ci il təvəllüdlü Almaz Əliyevaya məxsus evləri
22 dekabrAğcabədidə ölü doğulan körpə ilə bağlı İDDİA: "Hər şey normal idi"
"Üç gün əvvəl gəlinimi xəstəxanaya gətirmişdim, onda həkim dedi ki, hər şey normaldır". "Teleqraf"a istinadən xəbər verir ki, bunu bu gün Ağcabədidə doğuş zamanı övladı tələf olan Ləman Rəhimovanın qayınanası Şəhla Rəhimova deyib. "İradə həkim dünənə doğuş təyin etmişdi. Dünə
24 dekabrQadını öldürüb meyitini 14 il fermada gizlətdi
Rusiyanın Berezovski Şəhər Məhkəməsi 14 il əvvəl törədilmiş qətllə bağlı hökm çıxarıb. 41 yaşlı kişi qadının ölümünə səbəb olan ağır bədən xəsarəti yetirmədə təqsirli bilinib. Qatil 16 il müddətinə ciddi rejimli həbsxanada azadlıqdan məhrum edilib. yerli mediaya istinadla bildirir ki, məhkəmənin müəyyə
24 dekabrBakıda evdə yanğın: Ölən var
Bakıda evdə baş verən yanğın zamanı bir nəfər ölüb. -a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Cənub Dərə küçəsində yerləşən evdə qeydə alınıb. Belə ki, Andrey Vladimiroviç Starçevoy yaşadığı evdə qısaqapanma nəticəsində baş verən yanğın nəticəsində ölüb. Faktla bağlı Səbail Rayon Prokurorluğund
22 dekabr