Çoxuşaqlı ailələr dövlət tərəfindən mənzillə təmin edilə bilər? - AÇIQLAMA
"Azərbaycanda uşaqların sosial müdafiəsi və təminatı dövlətimizin yürütdüyü siyasətin ən ümdə prioritetlərindən biridir. Son illərdə aparılan iqtisadi-sosial islahatlarlar nəticəsində uşaqların sosial müdafiəsi istiqamətində müxtəlif addımlar atılıb, xüsusilə də çoxuşaqlı ailələrə dövlət tərəfindən müxtəlif sosial müdafiə tədbirləri həyata keçirilməkdədir. Neçə ildir ki, verilən ünvanlı sosial yardımın böyük bir hissəsi məhz uşaqların sosial təminatının bir hissəsidir. Belə ki, həmin yardımın ən azı 60 faizi, uşaqları əhatə edir. Bundan başqa uşaqların sosial müdafiəsi istiqamətində bir neçə müavinət verilir. Eləcə də, beşdən çox uşağı olan ailələrə ayrıca dövlət müavinəti təyin edilib. 2023-cü il yanvarın 1-dən həmin ailələrin müavinətləri 15 faiz artırlıb. Eləcə də uşaqlara verilən digər müavinətlərin məbləği də don bir ildə 15-20 faiz artırılıb ki, bu da sosial qayğının təzahürüdür".
Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Millət vəkili qeyd edib ki, ölkəmizdə demoqrafik vəziyyət kifayət qədər qənaətbəxşdir, təbii artım NDB və digər ölkələrlə müqayisədə xeyli dayanıqlıdır, əhalinin artımı hər il yüksəlir:
"Digər ölkələrdə demokratik vəziyyət pisləşdiyindən onlar ailə institutunun möhkəmlənməsi, uşaqların doğumunun stimullaşdırılması üçün müxtəlif dəstək proqramları həyata keçirir. Məsələn, Rusiya Federasiyası və Belarus hökuməti uşaqların doğum səviyyəsini artırmaq üçün ailələrə mənzil güzəştini tətbiq etməyi əsas stimullaşdırıcı vasitələrdən biri hesab edir. Bu ölkələrdə 4 və 5 uşağı olan ailələrə dövlət tərəfindən mənzil verilməsi nəzərdə tutulur. Bu layihə əlbəttə demoqrafik siyasətin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan hökuməti də gənc ailələrə güzəştli ipoteka yolu ilə onların mənzil şəraitinin yaxşılaşdırılması üçün addımlar atır. Son illərdə MİDA-nın güzəştli mənzil proqramı çərçivəsində yüzlərlə gənc ailə mənzillərlə təmin olunub və s. Yəni Azərbaycanda da ailələrə digər güzəştli alətləri ilə sosial dəstək verilir".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1269 Tarix: 08 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb
Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə
1 oktyabrQubada daha bir nəfər ağacdan yıxılıb öldü
Qubada 70 yaşlı kişi ağacdan yıxılaraq ölüb. "Qafqazinfo" xəbər verir ki, bədbəxt hadisə sentyabrın 29-da Əski İqriq kəndində baş verib. 1956-cı il təvəllüdlü Dövlət Ağayar oğlu Şahmirzəyev yaşadığı evin həyətində ağacdan yıxılması nəticəsində xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də
30 sentyabrMənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Mənzilini kirayəyə verən şəxslər üçün yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi deyil, kirayəçi ilə münasibətlərin hüquqi şəkildə rəsmiləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Yazılı müqavilə tərəflərin hüquq və öhdəliklərini, kirayə haqqını, ödəniş qaydasını, müqavilənin müddətini və mənzildə
30 sentyabrOmbudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
30 sentyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabrProkurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabr