Təhlükə mənbəyi olan binalar: Məsuliyyəti kim daşıyır? (AÇIQLAMA)
"Davamlı olaraq binaların fasadlarının yoxlanılması prosesi həyata keçirilməlidir. Yəqin ki, bu binanı tikən şirkət nəzarəti həyata keçirməyib. Qabarma baş verən zaman onu müşahidə edən olmayıb".
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Qasımzadə Yeni Yasamalda təzə tikilən binanın fasadlarının uçması ilə bağlı baş verən hadisəyə münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, külək həmin qabarmaların arxasına dolur və asanlıqla fasadları qoparır:
"Belə hallar köhnə binalarda da mövcuddur. Hətta eyvanlanrın altından da qırıntılar vətəndaşların üstünə tökülür. Bu prosesə həmçinin Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. Görünür, nazarətsizlik səbəbindən bu hal baş verib".
Ekspert belə halların baş verməsi səbəblərindən birinin də fasadların naşı ustalar tərəfindən vurulmasını qeyd edib:
"Həm köhnə, həm də yeni tikililərin üzlükləri, xüsusi ilə də daş materiallardan üzlənən hissələr bəzi halarda naşı ustalar tərəfindən vurulur. Onların bərkidilməsi üçün xüsusi materiallar var. Belə halların baş verməsi yapışqanlığı zəif olan materiallardan istifadə edilməsi ilə əlaqədardır".
Ramil Qasımzadə bildirib ki, baş verən qəzanın məsuliyyətini həmin binaının fasadını tikən şirkət daşıyır.
"Bakıda belə binalar çoxdur. Yeni tikililərdə qabarma olan zaman artıq binanın tikintisini həyata keçirən şirkət onun qarşısını alır. Binanın qarşısı hasarlanır, oradan insan gediş-gəlişi dayandırılır və yaxınlıqda avtomobillərin saxlanılmasına icazə verilmir", deyə ekspert bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 685 Tarix: 08 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu dəfə gülləri qoparıb buket düzəltdilər - VİDEO
Bakıda yerləşən Dənizkənarı Milli Park ərazisində yenidən narazılıq doğuran hadisə baş verib. Ölkə.az-ın məlumatına görə, parkda müxtəlif güllərlə bəzədilmiş sahədə bəzi şəxslər tərəfindən güllər qoparılaraq buket hazırlanıb. Bu anlar çəkilərək sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki, bir neçə gü
15 aprelQobustanda yeni qayaüstü izlər aşkarlandı - Fotolar
Qobustan Milli Tarix-Bədii Qoruğunun Kiçikdaş dağı ərazisində yeni qayaüstü təsvirlər aşkar olunub. "Qafqazinfo" xəbər verir ki, bu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin apardığı növbəti monitorinqlər zamanı üzə çıxıb. Təsvirlər o
15 aprel18 yaşlı qız əlil arabasında olduğu üçün getdiyi məkana buraxılmadı
Mançester şəhərində baş verən hadisə əlilliyi olan şəxslərin ictimai məkanlara çıxışı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. xarici mediaya istinadən xəbər verir ki, 18 yaşlı Maddie Haining dostları ilə birlikdə "Canal Street"də "Club Tropicana" adlı məkana daxil olduqda
15 aprel"Teleradio"ya yeni rəhbər təyin olundu
"Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyası" MMC-nin (Teleradio) rəhbəri dəyişib. APA-ya istinadən xəbər verir ki, qurumda baş direktorun müavini və baş direktor vəzifələrini müvəqqəti icra edən Teymur Əsgərzadə vəzifəsindən azad edilib. Onun yerinə bu vəzifə Əlibaba Əliyevə həvalə olunub
16 aprelVətəndaş hansı halda inzibati cərimələrə etiraz edə bilər? - AÇIQLAMA
İnzibati cərimələrlə bağlı narazılıqlar cəmiyyətdə ən çox rast gəlinən hüquqi məsələlərdən biridir. Xüsusilə yol hərəkəti qaydalarının pozulması, ictimai asayişlə bağlı cərimələr və ya müxtəlif inzibati xətalara görə tətbiq olunan sanksiyalar zamanı vətəndaşlar tez-tez qərarın ədalətli olub-olmamas
16 aprelQusar Rayon İcra Hakimiyyətində yeni TƏYİNATLAR
Qusar Rayon İcra Hakimiyyətində kadr dəyişikləri olub. -ın əldə etdiyi məlumata görə, icra başçısı Sahir Məmmədxanov əmr imzalayıb. İcra başçısının əmri ilə Nailə Laçınova icra hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaş müraciətləri ilə i
16 aprelGədəbəydə körpə qızdırmadan ölüb
Gədəbəydə körpə qızdırmadan ölüb. "Report"a istinadən xəbər verir ki, aprelin 15-i saat 05 radələrində Kiçik Qaramurad kənd sakini, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov xəstəxanada qızdırmadan ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır
16 aprelBinəqədidə mebel sexi bağlandı - Video
Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi, ev 21 ünvanında mebel sexində yoxlama keçirilib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki,. - obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb;. - elektrik təsərrüfat
15 aprel