Qarabağa aid filmlərin çəkilməsinə nə MANE OLUR? – Deputatdan AÇIQLAMA
Amerikanın Kino Sənəti Akademiyası Oskar film mükafatlarına namizədlərin qısa siyahısını təqdim edib.
"Beynəlxalq bədii film" kateqoriyasında 15 film təqdim olunub, onun içərisində Ermənistanın çəkdiyi "Amerikalı" filmi də yer alıb. Filmin rejissoru Maykl Qurcyandır, film qondarma erməni soyqırım zamanı sağ qalan və ABŞ-a gedən bir gəncin həyatından bəhs edir.
Azərbaycanda Qarabağ müharibəsinə həsr edilmiş bir neçə film var. 44 günlük qələbəmizdən sonra bu sahədə daha uğurlu filmlərin çəkiləcəyi, beynəlxalq müsabiqələrə təqdim olunacağı gözlənilirdi. Lakin hələki İkinci Qarabağ müharibəsindən bəhs edən və səs-küy yaradan yeganə film rejissor Vaqif Mustafayevin çəkdiyi "Həyat, deyəsən, gözəldir" filmi nümayiş olunub. Bu mövzuda bir neçə rejissorun qısa filmi də nümayiş olunanlar arasındadır. Amma tammetrajlı bədii filmlər çox azdır.
Bəs, Azərbaycanda nə zaman Qarabağa aid dünyaya çıxacaq filmlər çəkiləcək? Belə filmlərin çəkilməsinə nə mane olur?
Onu qeyd etmək yerinə düşər ki, ötən il ölkəmizdə kino sahəsi ilə bağlı bir sıra yeniliklər olub. Belə ki, 2023-cü ildə Kino Agentliyi yaradıldı, Kino Forumu keçirildi və ölkədə fəaliyyət göstərən iki kino ittifaqı bir ad altında birləşdi. Bizə hələlik bunların gələcəkdə film sənayesinin inkişafında mühüm rol oyanacağına inanmaq qalır.
"Yaxşı filmlərimiz var"
Milli Məclisin deputatı, "Dolu" filminin ssenari müəllifi Aqil Abbas məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında burada siyasi məsələlərin rol oynadığını deyib:
"Azərbaycanda xeyli yaxşı film var. Sadəcə, "Oskar" dediyiniz yer siyasi təşkilatdır. Onlar erməniləri gözümüzə soxmaq üçün erməni filmini ora dəvət ediblər. Bütün dünya bilir ki, erməni soyqırımı olmayıb, amma bundan istifadə edirlər. Yəni, bunu dərd eləmək lazım deyil. Gün gələr biz sözümüzü deyərik".
Deputat son illər ölkədə bir neçə dünya səviyyəli filmin çəkildiyini bildirib:
""Sarı gəlin", "Yalan" filmi son illərdə ölkədə çəkilən dünya səviyyəli filmlərdir. "Fəryad" və "Dolu" filmi müharibə ilə bağlıdır, döyüş səhnələri var. Dünya müsabiqələri ona görə bunu qəbul etmirlər. Döyüş səhnələri olan filmləri isə beynimizə yeridirlər, amma bizim elə filmlərimizi qəbul etmirlər, eləməyəcəklər də… "Yalan" çox gözəl filmdir, məmnuniyyətlə istərdim ki, orada iştirak eləsin. Amma qəbul etməzlər, çünki "Oskar" siyasidir. "Nobel" mükafatı da siyasidir".
Yazıçı İkinci Qarabağ müharibəsindən bəhs edən film üçün yazdığı ssenarinin artıq hazır olduğunu qeyd edib:
"Ssenari hazırdır, hələ təqdim eləməmişəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şarovski II Fəxri xiyabanda dəfn olunacaq
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib
9 sentyabrXanəndənin ürəyində 4 damar dəyişdirildi
Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov əməliyyat olunub. Bu barədə "Qafqazinfo"ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib. O bildirib ki, atası açıq ürək əməliyyatı keçirib və hazırda vəziyyəti qənaətbəxşdir: "Şükürlər olsun, hazırda səhhəti yaxşıdır. İyulun 31-də əməliyya
3 avqustXalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır
Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür" bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib. Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:. "Azərbaycan Rəssamla
20 iyulİlham Mirzəyevin vəziyyəti ağırdır
Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb. Mərkəzi Klinikadan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır. "Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və sten
7 sentyabrRəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"
Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda
8 iyulZeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?
Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd
11 avqustAleksandr Şarovski ilə vida mərasimi keçirilir
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabr15 il sonra "Harri Potter"dəki roluna qayıdır
Britaniyalı aktyor Rupert Qrint 15 ildən sonra "Harry Potter"də canlandırdığı məşhur "Ron Uizli" obrazına qayıdacaq. Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Aktyor "Harry Potter and the Cursed Child" tamaşasının Brodvey heyətinə qoşulub
28 avqust