Gənclərin mənzillə təmin edilməsi üçün hansı addımlar atılmalıdır? - AÇIQLAMA
"Azərbaycanda daşınmaz əmlakların alqı-satqısı nağd yollar ilə aparılırdı. Hər hansı bir əmlakı almaq üçün nağd şəkildə ödəniş olunur və o əmlak əldə olunurdu. Daha sonra isə yeni tikili binalar inşasına start verildi. Təxminən 90-cı illərdən başlayaraq həmin zamanlardan bu günə qədər yeni tikili binaların inşası zamanı qısa müddətli kreditli mənzillərin satışı həyata keçirilir ki, əksər binalar tikilib tam təhvil verilənə qədər 5 ilə qədər müəyyən şərtlərlə həmin əmlakların satışını həyata keçirirlər. Daha sonra ölkəmizdə Dövlət Ipoteka Kredit və Zəmanət fondu yarandı".
Bu sözləri Sonxeber.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. O, bildirib ki, bu fond vasitəsilə ev sahibi olmaq istəyənlər və əllərində tam məbləğ olmayan şəxslər ipoteka kreditləri ilə mənzillər əldə edə bilirlər:
"Bu günə qədər on minlərlə mənzillər ipoteka kreditləri vasitəsilə əldə olunub. O cümlədən ipoteka kredit və zəmanət fondunun nəzdində olan güzəştli kreditlər var ki, müəyyən kateqoriyaya malik olan insan üçün ayrılan məbləğlərdir. O məbləğində bugünkü günə maksimal dəyəri 100 min manatdır. İkisi faiz dərəcəsi isə 4 faiz təşkil edir. Daha sonra mənzil inşaatı dövlət agentliyi yarandı. Onunda vasitəsilə yüzlərlə mənzil vətəndaşlara güzəştli şərtlərlə verilir. Bu proseslər bu günə kimi davam edir. İpoteka kredit və zəmanət fondunun yaratdığı kirayə mənzillər layihəsi də artıq çox effektivdir olub. 4 mindən artıq mənzil 2000-ci ildən bu günə qədər vətəndaşlara təhvil verilib. Hansı ki, ilk ödənişləri az və tam təmirli mənzillər verilir. Vətəndaşlar 20-25 il müddətinə mənzillərin kreditini ödəyərək rahat şəkildə yaşaya bilirlər".
Ekspertin sözlərinə görə, paytaxt Bakı, Abşeron və Sumqayıt şəhərlərində digər bölgələrə nisbətdə əmlakların qiyməti daha bahadır:
"Əsasən paytaxt Bakıda əmlakların qiyməti fantastik qiymətlərə gəlib çatıb. Artıq əmlak almaq hamı üçün əlçatan olmur. Bu baxımdan dövlət müəyyən layihələrdən istifadə edərək vətəndaşların ev problemlərini aradan qaldırmağa çalışırlar. Düşünürəm ki, yaxın gələcəkdə yeni və daha əlçatan layihələr reallaşarsa gənclərin ev problemi həll edilmiş olar. Lakin, istənilən vasitə ilə, ən minimal faizlə kreditlər ayrılsa da, evlərin satış qiymətlərində artım olduqca bu onların ilk və aylıq ödənişlərinin baha qiymətə olmasına gətirib çıxarır".
Elnur Fərzəliyev qeyd edib ki, ilk olaraq daşınmaz əmlak bazarında qiymətlərin stabilləşməsi lazımdır:
"Hətta qiymətlərin enməsi daha əlverişli olar ki, onların ev alma şansları daha böyük olar. Yaxın gələcəkdə düşünürəm ki, hər hansısa bir yeni dövlət layihələri ilə gənclərimiz daha asan ev sahibi ola bilərlər. Bu artıq gözləniləndir. Çünki çox sayda, minlərlə insanlarımız var. Onların ev probleminin həlli mütləq şəkildə güzəştli kreditlərdən keçir".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? - VÜQAR BAYRAMOVDAN AÇIQLAMA
Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Minimum əməkhaqqı nə qədər artacaq? - Gözlənti açıqlandı
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon manat ayrılır
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Azərbaycanda dava: Milyonçu qardaşlar mülk bölgüsünə görə əlbəyaxa oldu
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar