Aşiq ata, əfsanəvi yazar – "Səbuhi yoxdur" demək nə çətindir!

Aşiq ata, əfsanəvi yazar – "Səbuhi yoxdur" demək nə çətindir!"Əfsanə geri döndü", hər dəfə uzaq səfərlərdən qayıdıb gələndə redaksiyada hamımız onu belə qarşılayardıq. O da bic-bic gülüb deyərdi ki, hə, gəldim sizi xilas etməyə, manşet lazımdı?

Etiraf edək ki, Lent.az-ın xüsusi müxbiri Səbuhi Məmmədli olmadan həqiqətən asan deyildi. Yeni bir əfsanə olacaqmı? Amma başımıza onun açdığı oyunları da hələ heç kim açmayıb.

Telefonun ucundakı Səbuhi Məmmədli idi, "Moskvadan sizə nə alım?" deyəndə biz də redaksiyada hamılıqla tez-tələsik "Moskovski kolbasa, sosiska al, onlardan burda yoxdur" deyib həvəslə onun yolunu gözləyirdik. Bizim həvəsimizi görən Qabil Abbasoğlu bığaltı gülürdü. Onun reaksiyasına küsürdük ki, ordan onu alıb gətirmək nə çətin məsələdir ki, buna da inanmırsan.
Aşiq ata, əfsanəvi yazar – "Səbuhi yoxdur" demək nə çətindir!Moskva səfəri bitdi, Səbuhi əlində bir torba sosiska ilə işə gəldi. Həvəslə əlindəki torbanı aldıq, gənc müxbirlər tələsik hazırlığa başlamışdı ki... Torbanın içində Bakıdakı marketlərdən birinin çeki çıxdı. Ondan çıxmayan iş, bunu necə unutmuşdu? Hər dəfə bizi elə istedadla tələyə salırdı ki, heç ruhumuz da incimirdi.

Amma di gəl, səfərdən bir reportaj yazardı ki, onun elədiyi bütün cığallıqları unudardın, qaçıb boynuna sarılardın, "sağ ol sənətkar" deyərdin. O da tez xüsusi bir əda ilə cavab verərdi – "Bir var sənət, bir də var sənətkar". Nəyə də şübhə etsək heç vaxt onun işinin sənətkarı olduğuna, qeyri-adi istedadına, xüsusi fərasətinə şəkk eləmədik. O, əclafcasına möhtəşəm bir reportyor, fövqəladə qabiliyyət sahibi idi.
Aşiq ata, əfsanəvi yazar – "Səbuhi yoxdur" demək nə çətindir!Düz yanımızdan, Bakının elə yerlərindən indiyə kimi məlum olmayan yeniliklər tapıb çıxarırdı ki, mat qalırdın. Abşeronda adada tək yaşayan insandan, maşın çıxmayan dağ kəndlərindəki sakinlərin qəribə həyatından, Əfqanıstanda güllə altında yaşayan uşaqların kir basmış üzünün altında gizlənən gülüşündən ondan başqa kim elə duzlu, dadlı, gözəl yaza bilərdi ki? Səbuhi Məmmədlinin 1947-ci ildə Azərbaycana gəlin köçmüş fransız qadın İvonna Botto-Şirməmmədova barədə yazdığı reportaj bütün dünyaya səs saldı. Fransanın ölkəmizdəki səfiri dövləti adından təşəkkürlər etdi. Bir dənə də pafosa, yalançı emosiyaya, təkrarlılığa rast gəlinə bilməzdiniz o yazılarda. Pafoslu yazılardan iyrənirdi, çox sərt reaksiya verərdi həmin müəllifə. Onun sosial şəbəkədə əsas davası istedadsız, mənasız yazıların sahibləri və onları dərc edən müdirlərlə idi.

Amma əsl jurnalistikanın, reportyorluğun, araşdırmaçılığın ucuz maqazin mediasına uduzduğunun da fərqində idi. Əvvəllər buna üsyan etsə də, sonra reallıqla barışıb qınına çəkilməyi də öyrəndi. Onun bu davası barədə pandemiya vaxtı yazdığım bir yazıda söz açmışdım. Yenə məni nəyəsə əsəbiləşdirmişdi deyə yazıya belə başladım:

- Səbuhiyə elə maqazin yazarımız Yalçın Uğur qənim olsun. Deməli, bu gedir dünyanın müharibə gedən ən təhlükəli bölgələrindən nə zülmlə reportaj hazırlayıb gətirir, Azərbaycanın ən ucqar, maşın belə çıxa bilməyən kəndlərini gəzib yazı hazırlayır, verir sayta. Sonra da yazının oxunma sayı artdıqca uşaq kimi sevinir və statistikanı azarkeşliklə izləyir. O tərəfdən də otaqdan bayıra çıxmayan Yalçın tez sayta bir xəbər qoyur - "Afaq Aslandan yarıçılpaq FOTOSESSİYA" və ya "Filan aparıcı ərə getdi, GÖRÜN KİMƏ?" Bütün yazıların oxunma sayı qalır kölgədə. Uzağı 15 dəqiqə sonra TOP 10-da 1-ci yerə gəlir. Yalçın Səbuhini izləyib bığaltı gülməyə başlayır. Səbuhi də gəmisi dənizdə batan adam kimi deyinir: "İşə keçmişik də, indi nə yazasan ki, gəlib bu rekordu keçəsən".
Aşiq ata, əfsanəvi yazar – "Səbuhi yoxdur" demək nə çətindir!Səbuhinin ən böyük düşməni isə elə Səbuhinin özü, həyat tərzi oldu. Heç kim onu aldada, xüsusi pislik edə bilməzdi, bunun üçün onun fərasətinə yenik düşərdi, cəsarəti çatmazdı. Amma özü-özünə həyatda düşünə bilməyəcəyiniz bütün pislikləri etdi. Azərbaycanın ən gənc baş redaktoru olan bu insan sonda qələmindən və imzasından başqa heç nəyin sahibi deyildi. Nə evi, nə maşını vardı. Bunların əvəzinə yaxşı yeyib-içən oğlan olduğu üçün xeyli dost sahibi idi, ölkənin hansı bölgəsindən desən tanış tapıb çıxardardı. Ordakı xəbəri anındaca dəqiqləşdirərdi. Buna görə də onun operativliyinə çatmaq asan deyildi. Tükənməz enerji sahibi idi. 50 yaşında belə ən çətin yerlərə get deyən kimi, tez-tələsik otel, yemək pullarını hesablayıb "pulumu verin" deyib yola düşərdi. Gəzməyi çox sevirdi. İlk dəfə həkim "ayağınız kəsiləcək" deyəndə, dəlicəsinə üsyan etdi. Elə bil həyat ondan amansızcasına qisas alırdı. Əvvəlcə bir, sonra digər ayağı kəsildi...

Bütün bunlara rəğmən dostumuz yaşamaq istəyirdi. Həmişə 75 yaşına çatmalıyam deyirdi. Hazırda 9 yaşı olan qızı Sədəfin böyüməsinə dəstək olmaq üçün beynində aparırdı bu haqq-hesabı. 2015-ci ildən Sədəf onun həyatına girdikdən sonra tamam başqa cür olmuşdu, onun kimi qızına aşiq olan bir ata görmədim heç. Bütün sosial səhifələri yalnız bu qızcığazın fotolarından ibarət idi.

Dostlarını itirmək ona çox acı verirdi. Ən çox Vesti.az-ın baş redaktoru Araz Zeynalovun xəstəliyinə, ölümünə barışmadığının şahidi olmuşdum. "Vaxtsız getdi" deyib koridorda var-gəl edirdi. Yaxınlaşıb "özünü qorumasan o 75 yaşı görməyəcəksən" dedim. Həmişə nəsihət verəndə məni qovardı, həmin gün isə boynumu qucaqlayıb uşaq kimi ağladı. 54-ü tamamlaya bilmədi...

Bu gün sosial şəbəkədə gənc jurnalistlərin bir çoxu Səbuhinin fotosunu paylaşıb "əlvida, müəllim" deyə paylaşımlar etdi. Gözümdə yaş, ürəyimdə qürurla izlədim bu mənzərəni, dostum. Yoxluğuna inanmamaq üçün dirəşirəm, amma redaksiyada gözümün önündəki yerində heç kim yoxdur, qardaşım. Masana yaxınlaşıb onsuzda həmişə dağınıq olan saçlarını dağıtmaq, səliqəsizliyin üçün səni danlamaq nə böyük səadətiymiş, fərqində olmamışıq. İndi onun yerində qalan boşluq elə bir acı verir ki, sanki ruhumu çarmıxa çəkirlər. Ən acı verən isə odur ki, sənin masanın arxasında kreslo yoxdur, axı sən orada təkərli araban ilə oturardın...
Aşiq ata, əfsanəvi yazar – "Səbuhi yoxdur" demək nə çətindir!Bizim as yazarımız hamıya bir dərs keçib getdi, istər qələmi, istərsə də həyatı ilə... Baxır kim bundan necə pay götürdü.

"Əfsanə geri dönməyəcək" – Əlvida, SƏNƏTKAR!
Aşiq ata, əfsanəvi yazar – "Səbuhi yoxdur" demək nə çətindir!


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1249   Tarix: 17 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Stüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin

İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik

21 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Yaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?

Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları

22 sentyabr
.

Argentina hərbi gəmisində "yoxa çıxan" qadın dənizçi görüntüləri gündəm oldu - VİDEO

Argentinaya məxsus ARA Libertad təlim gəmisində çəkilən görüntülər sosial mediada marağa səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, gəmidə müsahibə zamanı kameranın qarşısından keçən qadın dənizçinin bir neçə saniyə sonra görüntüdə görünməməsi izləyənlərin diqqətini çəkib. Argentina Hərbi Dəni

21 sentyabr
.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr