Pakistan - İran sərhədində vəziyyət gərginləşdi - YENİLƏNİB
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti Hüseyn Əli Cavadanfər İran-Pakistan sərhədi yaxınlığında öldürülüb.
Pakistanın "Ceyş əl-Ədl" (Ədalət Ordusu) qrupu bu axşam SEPAH karvanına, SEPAH-ın nəzarət-buraxılış məntəqəsinə və Saravan Korpusunun polkovnikini daşıyan avtomobilə hücum edib.
Hadisə zamanı İranın 3 təhlükəsizlik nümayəndəsi, o cümlədən bir SEPAH zabiti həlak olub.
17:43
"İranın Bəlucistan əyalətinə hücumuna cavab olaraq bütün variantlar nəzərdən keçirilir".
Bu barədə Pakistanın yüksəkrütbəli kəşfiyyat mənbələrindən məlumat verilib.
Məlumata görə, Pakistan İranın hücumu ilə bağlı təcili iclas keçirib.
Pakistan kəşfiyyat mənbələrinin verdiyi açıqlamada İranın ötən gecə sərhəddəki Pəncqur qəsəbəsində "Ceyşul Adl" adlı silahlı qrupa hücum təşkil etdiyi, lakin günahsız uşaqlara zərər yetirdiyi bildirilib.
Qeyd edilib ki, Pakistan İranın hücumuna tələsik reaksiya verməyib. Lakin Pakistanın 2019-cu ilin fevralında Balakotda Hindistana verdiyi cavab xatırladılıb və İslamabadın cavab verməkdə "usta" olduğu vurğulanıb.
Mənbələrin məlumatına görə, İranın hücumuna cavab olaraq Pakistan bütün variantları nəzərdən keçirir.
Həmçinin qeyd edilib ki, İran Qəzza münaqişəsinin həllinə əhəmiyyətli töhfə verə bilmədiyi bir zamanda bu yolla gündəmdə qalmağa çalışır.
16:26
Pakistan Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətinə raket hücumlarına cavab olaraq öz səfirini İrandan geri çağırıb.
Məlumata görə, Xarici İşlər Nazirliyi Pakistana hücumun qanunsuz və qəbuledilməz bir hərəkət olduğunu və buna görə də, İslamabadın cavab vermək hüququ olduğunu bildirib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1322 Tarix: 17 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaponiyada 6,0 bal gücündə zəlzələ baş verib
Yaponiyanın cənubundakı Okinava prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Yonaquni adasının yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəs
30 sentyabrSüni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
1 oktyabrABŞ-ın raket ehtiyatları əhəmiyyətli dərəcədə azaldılıb
İranla müharibədən sonra Amerikanın raket ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. xəbər verir ki, "The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ, ehtimal ki, mövcud Tomahawk raketlərinin təxminən yarısını və Patriot raket sistemlərinin təxminən üçdə ikisini istifadə edib. Ehtiyatları
29 sentyabrRus ordusu Xarkovun 3 kəndini işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Nesternoye, Rublenoye və Vısokoya Yaruqa yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
1 oktyabrEstoniya Rusiya və Belarus taxılının limanlarından ixracını qadağan edib
Estoniya Rusiya və Belarus taxılının öz ərazisindən tranzitini qadağan edib. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib. "Rusiya işğal müharibəsi apara bilməz və bizdən ticarəti davam etdirməyə kömək gözləyə bilməz. Biz onun müharibəni maliyyələşdirməsini və ya təcavüzü
1 oktyabrTramp: İrana seçkilərdən sonra zərbə mümkündür
İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl
1 oktyabr