Alimlər yaraları tikmək əvəzinə qaynaq etməyi təklif etdilər
İsveçrədə yaranı sapla tikmək əvəzinə yara kənarlarının qaynaq edilməsi təklif olunur, bu yeni texnoloji proses toxumaların tez birləşməsinə imkan yaradır.
Lent.az xəbər verir ki, İsveçrənin "Empa" Federal Materialşünaslıq Laboratoriyasının məlumatına əsasən, bu texnologiya, xüsusən qoyulan tikişlərin açılması nəticəsində həyat üçün təhlükəli fəsadların yaranmasının qarşısını alacaq.
"Empa" Laboratoriyasının və İsveçrənin Sürix Ali Texniki Məktəbinin (ETHZ) bir qrup alimi artıq müvafiq patentin alınması üçün müraciət ediblər.
Prinsip etibarilə, bu yeni metoddan istifadə edilməklə yaraların qaynaq edilməsi prosesi, metal parçalarının lehimlənməsi prosesi kimidir. Bunun üçün aşağı temperaturda əriyən və ayrı-ayrı hissələri və ya elementləri birləşdirmək üçün istifadə edilə bilən qaynaq maddəsi tələb olunur. Metallar üçün ümumiyyətlə, qalay, qurğuşun və ya kadmiyum əsaslı birləşmələrdən qaynaq maddəsi kimi istifadə olunur. Yaraların qaynaq olunması üçün isə elm adamları yeni lehimləyici maddə qismində yumurtanın ağından hazırlanmış jelatin pastası hazırlayıblar.
Bu pasta iki növ nanohissəcikdən ibarətdir. Birinci növə aid olanlar işığı istilik enerjisinə çevirən titan nitrid nanohissəcikləridir. Pasta lazerlə şüalandırılanda qızmağa başlayır. İkinci növə isə pastada bir növ termometr rolunu oynayan vismut vanadat hissəcikləri daxildir. Onlar temperaturdan asılı olaraq müəyyən dalğa uzunluğunda işıq yayırlar və beləliklə, bu, əməliyyatın temperatur rejiminə çox dəqiq şəkildə nəzarət etməyə imkan yaradır.
Alimlər, mədəaltı vəzidən və ya qaraciyərdən götürülmüş müxtəlif nümunələrlə aparılan laboratoriya testlərində yaraların kənarlarının sürətli və sabit şəkildə birləşməsinə nail olublar.
Qeyd edək ki, bu tədqiqatın uğurla başa çatdırılması ilə bağlı müvafiq məqalə ixtisaslaşmış "Small Methods" jurnalında dərc edilib. Məqalədə göstərildiyi kimi, bu əməliyyat sidik kisəsi, bağırsaq və s. kimi orqanlarda aparıldığı zaman da yaraların qaynaq edilməsi eyni dərəcədə uğurla müşayiət olunub.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 869 Tarix: 18 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrStüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin
İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik
21 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrAlimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20 sentyabrQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrYaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?
Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları
22 sentyabrƏrinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"
21 sentyabr