"Tanış olanda mələk idi, evləndikdən sonra psixopat oldu": Sevgilinizi əvvəldən tanıya bilərsinizmi? - FOTO
"Biz tanış olanda bu adam mələk kimi idi. Evləndikdən sonra onun psixopat olduğu ortaya çıxdı. Sən demə, xəstəlik kağızı da var imiş, heç fərqinə varmamışam. Artıq iş işdən keçib, dünyam başıma yıxıldı, nə edəcəyəm?"
İki qadın arasında tez-tez eşidilə bilən bu tərz söhbətlərə bütün dünyada rast gəlinir. Buna görə də bir çox dramatik hadisələr baş verir.
Alimlərin fikrincə, tanış olduğunuz insanın psixopat olub-olmadığını başa düşməyin çox sadə yolu var. Sevgilinizin əsl üzünü görmək istəyirsinizsə, barmaqlarına baxın.
Mütəxəssislər hesab edirlər ki, insanın adsız barmağı şəhadət barmağından uzundursa, onun psixopat olma ehtimalı yüksəkdir.
Kanadanın "Centre de Recherche Charles-Le Moyne" adlı tədqiqat qurumunun təhlillərinə əsasən, psixopatlıqdan xəbər verən bioloji əlamətlər var. Adsız barmağın şəhadət barmağından uzun olması da psixopatlığın bioloji mənşəli olmasının göstəricisi hesab olunur. Alimlər müəyyən ediblər ki, 2D:4D nisbətinin (adsız və şəhadət barmağı arasındakı nisbət) aşağı olması psixopatiya, narkotik maddə asılılığı və antisosial davranışlarla əlaqəlidir. Aparılan tədqiqat zamanı narkotik maddə asılılığı və şəxsiyyət pozğunluğu olan insanlarla sağlam insanların barmaqları araşdırılıb və bu nəticəyə gəlinib (elm psixopatlığı şəxsiyyət pozğunluğu kimi xarakterizə edir).
Lakin mütəxəssislər, həmçinin xəbərdarlıq ediblər ki, adsız barmağı şəhadət barmağından uzun olan hər kəs psixopat deyil. Bu istiqamətdə başqa tədqiqatlar da tələb olunur. Çünki barmaq uzunluğuna dölün ana bətnində məruz qaldığı testosteron və estrogen hormonlarının miqdarı təsir edir. Testosteron səviyyəsi yüksək olan kişilərin adsız barmaqları daha uzun ola bilər. "Məlum oldu ki, araşdırmamızda iştirak edən insanlarda psixopatlıq simptomları nə qədər çox olarsa, ana bətnində olarkən bir o qədər çox testosterona və daha az estrogenə məruz qalıblar", - deyə alimlər qeyd ediblər. (oxu.az)

Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1146 Tarix: 19 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrStüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin
İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik
21 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrAlimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı
Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada
20 sentyabrQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrYaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?
Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları
22 sentyabrƏrinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO
Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"
21 sentyabr