Məşhur tikinti materialları bazarı məhkəməyə verildi - Tanınmış iş adamı müflis olub?

Məşhur tikinti materialları bazarı məhkəməyə verildi - Tanınmış iş adamı müflis olub?"Azsığorta" ASC tanınmış iş adamı Azay Möhnətov və onun oğlu Aqil Möhnətov, həmçinin "EuroHome" MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatına verilib.
Məhkəmə iddiası hüquqi şəxsin müflis olması işi ilə əlaqədar qaldırılıb.

Məlumat üçün bildirək ki, cəmi bir həftə əvvəl Təhsil Tələbə Krediti Fondu Möhnətov Aqil Azay oğlu ilə 96 min manatlıq, Möhnətov Azay Xasay oğlu ilə isə 56 min manatlıq icarə müqaviləsi imzalayıb.

Məlumat üçün bildirək ki, Azay Möhnətov "AF Holdinq" şirkətlər qrupunun prezidentidir.

Holdinqin rəsmi səhifəsində qeyd olunur ki, 1989-cu ildə təsis olunan "AF General Trading" şirkəti ixrac-idxal əməliyyatları ilə məşğul olub. Bildirilir ki, holdinqin baş ofisi Bakıda yerləşir, Frankfurt və Londonda da filialları var.

Aşağıda adları qeyd olunan şirkətlər də "AF Holdinq"ə daxildir:
- "Everton"
- "Uğur-97"
- "AFSAN Plastik"
- "AF Business House"
Ətraflı
Ad - 00:29
- "AF City"
- "AF Mall"
- "AF Com Plaza"
- "AF Com Center"
- "Aqua Park Baku"
- "Aqua Park Shikhov"
- "AF Hotel Aqua Park"

Bundan başqa, "AF-Holdinq"in rəsmi veb-səhifəsində yer alan məlumatda göstərilir ki, 2000-ci ildə "AF Bank" təsis edilib. Sonradan bu bank Rusiyanın VTB bankına satılıb.

Bakı-Sumqayıt yolunun kənarında yerləşən "EuroHome" inşaat materialları bazarının da əvvəllər Azay Möhnətova məxsus olduğu bildirilirdi. 2019-cu ildə bazarda baş verən güclü yanğın zamanı Holdinqin rəsmi saytında "AF Euro Home"un şirkətlər qrupuna daxil olduğu qeyd olunub. Daha sonra "EuroHome"un adı şirkətlər qrupunun rəsmi saytından çıxarılıb.

Azay Möhnətov ilə bağlı diqqət çəkən məqmlardan biri də odur ki, "EuroHome" da yanğının baş verməsindən qısa müddət əvvəl Rusiyanın "Vedomosti" qəzeti yazıb ki, "AF-Holdinq"in rəhbəri Azay və İlyas Möhnətovlar Moskvada "Safmar" şirkətinə məxsus 21,7 hektar torpaq sahəsini və 111 min kvadratmetrlik ofis-anbar kompleksini satın alıb. İddia olunub ki, "Safmar" şirkəti qeyd olunan ərazinin səhmlərini özündə cəmləşdirən "Rusinkom" şirkətini əvvəlcə 2,6 milyard rubla (40 milyon dollar) satmağı planlaşdırıb. Lakin, sonradan yekun qiymət onların istədiyindən də yüksək olub. Aktivin neçəyə satıldığı açıqlanmayıb. "Vedomosti" qəzeti yazıb ki, iki mənbə aktivlərin Azərbaycanın "AF Holdinq" şirkətlər qrupuna satıldığını açıqlayıb və məlumt bu günə kimi təkzib olunmayıb.

Məlumat üçün bildirək ki, "Safmar" şirkətinin Baş direktoru milliyətçə erməni olan Avet Mirakyandır. Şirkətlər qrupunun sahibi isə Dövlət Neft Şirkətinin (SOCAR) əsas ortaqlarından biri olan "RussNeft" şirkətinin sahibi inquş əsilli milyarder Mixail Qutseriyevdir.

Onu da bildirək ki, Azay Möhnətov barəsində iddia qaldıran "Azsığorta" ASC-nin səhmlərinin 100%-nin Hikmət Əbuzər oğlu İsmayılova məxsus olduğu bildirilir. Mətbuatda "Azsığorta" ASC-nin səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bu günə kimi təkzib olunmayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1395   Tarix: 19 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021